Zaqatalada indiyədək 11 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Zaqatala, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini yekunlaşmaq üzrədir. Torpaq mülkiyyətçiləri indiyədək 7 min 540 hektarı buğda, 3 min 577 hektarı arpa olmaqla, 11 min 117 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılırdı.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Xatırladaq ki, builki mövsümdə rayonda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]