ZAQATALADA PAYIZLIQLARIN SƏPİNİNƏ BAŞLANIB
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, payızlıqların səpini üçün indiyədək 7300 hektara yaxın sahədə keyfiyyətli şum qaldırılmış və 3800 hektardan artıq sahədə səpin başa çatdırılmışdır. Səpin kampaniyasına 265 şum və 100-ə yaxın səpin traktoru, 45 taxılsəpən aqreqat cəlb edilmişdir. Səpində əsasən “Azəri”, “Qarabağ”, “Nurlu” və digər məhsuldar toxum sortlarından istifadə olunur. Fermerlər səpinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələrini səfərbər etmişlər.
Bu il rayonda 22 min 170 ton taxıl tədarük olunmuşdur. Gələn il məhsul tədarükünün 24-25 min tona çatdırılması nəzərdə tutulur.