ZAQATALADA YAŞAYAN İNGİLOYLAR DÖVLƏTİMİZİNONLARA QAYĞISINDAN RAZIDIRLAR
Sakinlər əvvəlki görüşlərdə irəli sürülən məsələlərin, qaldırılan problemlərin həllinə göstərdikləri diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirmiş, kənd əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılması və yeni iş yerlərinin açılması ilə bağlı son illər rayonda həyata keçirilən geniş tədbirlərdən söhbət açmışlar. Görüşün iştirakçıları onları narahat edən məsələlərə də toxunmuş, o cümlədən içməli su probleminin həllinə, kəndlərin qazlaşdırılmasına, məktəb binasının təmirinə, idman qurğularının tikintisinə, fermerlərin zəruri texnika ilə təmin olunmasına və digər məsələlərin həllinə kömək göstərilməsini xahiş etmişlər.
Sakinlər son günlər əliabadlıların adından qonşu ölkənin bəzi telekanallarında yayımlanan yanlış məlumatlara kəskin etirazlarını bildirmiş, belə məsuliyyətsiz və təxribat xarakterli çıxışların ölkələrimiz arasındakı çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrinə heç bir xələl gətirməyəcəyini qətiyyətlə bildirmişlər. Azərbaycanın tamhüquqlu vətəndaşları olduqlarını bildirən ingiloylar heç zaman heç bir ayrı-seçkilik hiss etmədiklərini və onlara hər zaman dövlət səviyyəsində yüksək qayğı göstərildiyini xüsusi vurğulamışlar.