Zaqatalada yol polisləri uşaqlara bayram hədiyyələri paylayıb
Bakı, 1 yanvar, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Yeni il bayramı münasibətilə azyaşlıları sevindiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı avtomobillərdə sərnişin qismində olan, eləcə də piyada hərəkətdə olan uşaqlara bayram hədiyyələri təqdim edilib.
Azyaşlıların valideynləri göstərdikləri diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]