Zaur Əliyev Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edəcək
Bakı, 14 mart, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev martın 15-də Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edəcək.
AZƏRTAC agentliyin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qəbul Sumqayıt şəhərinin Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən Sumqayıt Tibb Mərkəzinin konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Sumqayıt Tibb Mərkəzinin və Qubadlı Rayon Mərkəzi xəstəxanasının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]