ZAVODUN MƏHSULU ABŞ VƏ KANADAYA DA GÖNDƏRİLƏCƏKDİR
Zavoddan AZƏRTAC-a bildirmişlər ki, təkcə ucarlılar deyil, Kürdəmir və Göyçay bağbanları da məhsullarını buraya gətirməyə üstünlük verirlər. Bu, məhsulun satınalma qiymətlərinin sərfəli olması ilə bağlıdır. Kollektiv cari mövsümdə 4 min tonadək yüksək keyfiyyətli nar şirəsi istehsal etmək niyyətindədir.
Müəssisənin rəhbərliyi məhsulun bazarı sarıdan narahat deyil. Sağlamlıq üçün faydalı, vitaminlə zəngin nar şirəsi Rusiya Federasiyasına, ABŞ və Kanadaya göndəriləcəkdir.
Mövsümlə əlaqədar zavodda işçilərin sayı artmışdır.