Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər dolu 44 gün

Zəfər dolu 44 gün

Bakı, 8 noyabr, AZƏRTAC

İki il öncə sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad olundu. Noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası tamamlandı.

Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Zəfər dolu 44 gün” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Beləliklə, 30 il ərazində Cənubi Qafqazda mövcud olmuş, hətta Sovet İttifaqının çökməsi proseslərində önəmli rol oynamış, postsovet dönəmində isə həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinə ciddi şəkildə zədələr vurmuş münaqişələrdən biri - Qarabağ münaqişəsi onu başladan tərəfin - Ermənistanın ağır məğlubiyyəti ilə başa çatdı. Ermənistan 30 ildən bəri işğal altında saxladığı və dünya birliyinə “Dağlıq Qarabağ Respublikası” adı altında müstəqil dövlət kimi tanıtmağa çalışdığı ərazilərin təxminən 75 faizini döyüşlər nəticəsində itirdi və ya döyüşsüz təhvil verməyə məcbur edildi. Üzərinə bir sıra öhdəliklər, o cümlədən cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılması öhdəliyini götürdü. Otuz il ərzində davam edən erməni inadkarlığı və imkan düşdükdə öz ilhaqçılığına rəsmi leqallıq qazandırmaq kimi riyakar niyyətləri Ermənistanı böyük itkilərlə üz-üzə qoydu. Ermənistanın hərbi potensialının təxminən 60-70 faizi Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Döyüşlərdə itirilmiş hərbi texnika, silah və sursatın dəyərinin 5 milyard dollardan çox olduğu bilinir. Döyüşlərdə Ermənistanın separatçılarla birlikdə təqribən 10 min canlı qüvvə itirdiyi ehtimal olunur. Hərbi əməliyyatların gedişində Ermənistan hərbi cinayətlər törətməkdən də çəkinmədi. Döyüş bölgələrindən kənarda və hətta uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan raket atəşinə tutmaqla çoxsaylı mülki şəxslərin həyatına son qoydu. Lakin bütün bunlar döyüş səhnəsində Ermənistana bir anlıq da olsa üstünlük qazandıra bilmədi. Qırx dörd günlük savaşın hər günü Ordumuzun zəfərləri ilə yadda qaldı.

Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa, Yunanıstan və Kiprin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Münaqişənin davam etdiyi bütün illər ərzində təmənnasız yardımına adət etdiyi və bu savaşda da xilas ünvanı kimi baxdığı Rusiya isə tərəfsizlik nümayiş etdirməklə Ermənistanı daha çox məyus etdi.

Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Beynəlxalq aləmdə Ermənistan dövlətindən daha güclü hesab olunan erməni diasporu bir neçə terrorçu qruplar və beynəlxalq səviyyədə intensiv, lakin uğursuz media dəstəyi təqdim etməkdən başqa ermənilərə heç bir əməli siyasi yardım göstərə bilmədi.

Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və türk torpaqlarında məskunlaşmasından sonra keçən 2 əsr ərzində uydurduğu “dənizdən-dənizə böyük Ermənistan” kimi mifik təsəvvürlərə əsaslanan milli ideyası - erməniçilik ideyası Azərbaycan reallıqları ilə toqquşmada darmadağın oldu. Ermənistan daxilində ictimai-siyasi münasibətlər gərginləşdi və bu gərginliyin hələ uzun zaman davam edəcəyi qaçılmazdır. Beləliklə, 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda Ermənistan öz xalqının bu gününü və gələcəyini itirdi.

Azərbaycan Ordusu guya münaqişənin hərbi həllinin olmaması haqqında beynəlxalq qurumlar tərəfindən ictimai fikirdə formalaşdırılmış mifi darmadağın etdi. İşğal olunmuş ərazilərdən didərgin düşmüş bir milyona yaxın məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtmaq arzularına qovuşdu və dədə-baba torpaqlarında öz həyatını yenidən qurmaq imkanları qazandı. Otuz il ərzində işğal altında qalmış və düşmən tərəfindən yağmalanmış 12 min kvadratkilometr ərazi ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə qaytarıldı və bu ərazilərin abadlaşdırılması və iqtisadi cəhətdən mənimsənilməsi prosesinə başlanıldı. Həmin ərazilərdəki təbii resurslarımızın, o cümlədən zəngin faydalı qazıntı yataqlarının və geniş su ehtiyatlarının bərpa olunması və yenidən istismara verilməsi ölkənin iqtisadi-sosial inkişafının daha da sürətləndirilməsi üçün yeni imkanlar açdı.

Qırx dörd günlük savaş Azərbaycan xalqının mətin iradəsini, milli ideya ətrafında sıx birləşmək və sarsılmaz ümumxalq həmrəyliyinə nail olmaq bacarığını, işğala boyun əyməmək əzmini və dünya birliyi tərəfindən göstərilən ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Dövlət-Xalq-Ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı. Azərbaycan-Türkiyə qardaşlığı zamanın daha bir sınağından alnı açıq çıxmaqla daha da möhkəmləndi və qardaş Türkiyənin dünyada nüfuzu və rolu daha da yüksəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi rəqabət meydanındakı davamlı qələbələri 44 günlük savaşdakı parlaq hərbi qalibiyyəti ilə zənginləşdi. Azadlıq savaşı Prezident İlham Əliyevin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlətimizin başçısının siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, onu bölgənin birmənalı söz sahibinə çevirdi.

Hazırda Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi ilə bağlı siyasi səylər diplomatik müstəvidə davam etdirilir. Postmüharibə mərhələsində uğurlu olmağın zəmini isə iki il öncə hərb meydanında qazanılmış qələbələrlə qoyulub və diplomatik masada da Azərbaycanın davamlı uğurları şübhəsizdir. Bu əminliyi yaradan Azərbaycan xalqının sarsılmaz iradəsi, Azərbaycan Respublikasının Prezidenti və Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası ilə uzun illər ərzində ərsəyə gətirdiyi “Dəmir yumruq” siyasəti və bu siyasəti böyük qəhrəmanlıq və fədakarlıqla həyata keçirən Azərbaycan Ordusudur. Qırx dörd günlük müharibədə 3 minə yaxın əsgər və zabitimiz Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatlarını qurban verdilər. Döyüş meydanında göstərdikləri fədakarlıq və qəhrəmanlıqları ilə öz adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə həkk etdilər. Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə bədii-musiqili tədbir həsr olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO