“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb
Bakı, 9 iyul, AZƏRTAC
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) SOCAR ilə yaratdığı birgə müəssisəyə məxsus “Aframax” tipli “Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilir ki, müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən iyulun 7-də qəbul olunub. Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
Xatırladaq ki, cari ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa”, "Qarabağ”, "Xankəndi” və "Zəngəzur" tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]