Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq
Zəngilan, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Ölkə başçısı İlham Əliyev tərəfindən Zəngilan şəhərində təməli qoyulan 4-cü yaşayış kompleksində Konsepsiyaya əsasən, yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbirinin xəbərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksinin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur.