“Zirə” “Sumqayıt” üzərində qələbə qazandı
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 19-cu turunda günün sonuncu matçı Zirə qəsəbəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, burada eyniadlı komanda “Sumqayıt”ı qəbul edib.
Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə ev sahibi “qartallar” hesabda geridə olsa da, ikinci hissədə ardıcıl 3 qol vurmağı bacarıb.
“Kimyaçılar”ın heyətində matçın 4-cü dəqiqəsində Vüsal İsgəndərli fərqlənib.
“Zirə”nin qollarını 50-ci dəqiqədə Dimitrios Çantakias, 73-cü dəqiqədə Loris Bronyo, 79-cu dəqiqədə Toni Qomes vurublar.
Bu qələbədən sonra “Zirə” 28 xalla 4-cü pillədəki mövqeyini qoruyub. Səfərdən xalsız qayıdan “Sumqayıt”ın hesabında 12 xalı var və onlar turnir cədvəlində 9-cu pillədə qərarlaşıblar.
Tura sabah keçiriləcək “Şamaxı” - “Səbail” və “Sabah” - “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]