“Zirə”nin kapitanı: Səfər matçında səhvlərimizi düzəldib uğurlu nəticə qazanmaq istəyirik
Bakı, 24 iyul, AZƏRTAC
Maraqlı və gərgin oyun keçdi. Hər iki tərəf müəyyən epizodlarda üstünlüyə sahib idi. İlk oyun idi və komandalar bir-birini yaxşı tanımırdı. Nə qədər analiz etsən də, matçın gedişatında fərqli situasiyalar ortaya çıxır. Əgər 1:0 hesabı ilə qalib gəlsəydik belə, şanslar yenə də 50/50 olaraq qalacaqdı. İkinci görüşə kimi səhvlərimizi düzəldib uğurlu nəticə qazanmaq istəyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Zirə”nin futbolçusu Qismət Alıyev UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la 1:1 hesablı heç-heçə etdikləri ilk oyun barədə danışarkən deyib.
28 yaşlı müdafiəçi səfərdə azarkeş təzyiqinin problem yaratmayacağını qeyd edib: “Ötən mövsüm “Osiyek” və “Omoniya” ilə oyunlarda azarkeş təzyiqi ilə üz-üzə qaldıq. Amma artıq komanda olaraq bu təcrübəni aşmağa hazırıq. Səfərdəki matçda kim daha yaxşı analiz aparar və ilk oyundakı səhvlərini düzəldərsə, həmin tərəf mərhələni adlayacaq.”
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Split şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]