“Zirvə” futzal klubu eşitmə qüsurlu əlillər arasında “Payız turniri”nin qalibi olub
Bakı, 25 noyabr, AZƏRTAC
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” ikinci, “Şimşək” isə üçüncü yeri tutub. “Birlik” komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Zirvə” klubundan Güləli Baxşiyev isə ən yaxşı oyunçu adına layiq görülüb.
Turnirin ən məhsuldar futbolçusu “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə olub.