ZİYARƏTGAHDA TƏMİR-BƏRPA İŞLƏRİ GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir-bərpa işləri aparılır. Bu ziyarətgahda axund Hacı Turab ağa, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, qızı Sona xanım da dəfn edilmişdir. Burada yenidən inşa edilən məqbərə, ibadətgah kompleksi qədim milli, dini ornamentlərlə bəzədilir, ətrafda səliqə-sahman yaradılır. Ziyarətgahda artıq son tamamlama işləri görülür.