Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 25 iyun, AZƏRTAC
Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi Zöhrə Musayeva, elmi işçiləri Şəfa Xasayeva və Tamara Nuruyeva Siyəzən, Xızı rayonlarında və Altıağac Milli Parkında ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya dövründə material toplanılıb, hörümçəklərin ekologiyasını və təsərrüfat əhəmiyyətli fitofaq gənələrin bioekoloji xüsusiyyətlərini öyrənmək məqsədilə müxtəlif bitkilər müşahidə edilib. Torpaq və yarpaq nümunələri götürülərək laboratoriyaya gətirilib.