Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb

26.02.2021 [15:36]
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək ...

Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır

26.02.2021 [15:32]
Xocalı soyqırımı Azərbaycan tarixində ən böyük faciədir. 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarını dərin ehtiramla yad edir. AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, YAP-ın ...

Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür

26.02.2021 [14:59]
Bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ...

Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər FOTOREPORTAJ

26.02.2021 [14:44]
Yaponiyada yaşayan soydaşlarımız Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Tokionun mərkəzində yerləşən “Tokyo” stansiyasının, Azərbaycanın Yaponiyadakı səfirliyinin və paytaxtın məşhur Şincuku rayonunda yerləşən “Qarabağ” ...

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir

26.02.2021 [14:30]
Biz pandemiyanın lap əvvəlindən vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa ...

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

26.02.2021 [14:25]
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib ...

Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq

26.02.2021 [14:04]
Füzulidə aeroport tikintisinə artıq başlanıb. Ərazinin minalardan təmizlənməsi prosesi başa çatmağa yaxındır və aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə ...

Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır

26.02.2021 [12:50]
Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ...

Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar

26.02.2021 [12:07]
Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt indiki imkanlar da yox idi. Ona görə bir çoxları üçün bu məsələ o qədər ...

Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib

26.02.2021 [12:03]
Fevralın 25-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupu (qeyd edək ki, hazırda 40-a yaxın Konqres üzvü bu qrupa daxildir) arasında videokonfrans formatında görüş ...

Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirilib

26.02.2021 [11:58]
ABŞ-da yaşayan Azərbaycan icmasının təşəbbüsü və təşkilatçılığı ilə Vaşinqtonda “Xocalı qətliamından xilas olanlar: ümidlər və möhkəmlik” (“Surviving the Khojaly Massacre: Hopes and Resilience”) mövzusunda vebinar keçirilib. AZƏRTAC xəbər verir ki, verbinarda əvvəlcə ...

Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq

26.02.2021 [11:48]
Xocalı soyqırımını törətməklə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibələrində bu suala cavab verərkən qürur hissi ilə deyirdilər ki, bəli, bu hərbi cinayət dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər ...

Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb

26.02.2021 [11:32]
Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər ...

Müdafiə Nazirliyi Ağdam rayonunun Tərnöyüt kəndinin videogörüntülərini yayıb VİDEO

26.02.2021 [11:17]
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Tərnöyüt kəndinin videogörüntülərini paylaşıb. AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir ...

Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib

26.02.2021 [10:55]
Kolumbiya Senatının xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib ...

Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

26.02.2021 [10:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda "Ruhlar ölməz, ədalət itməz" sözləri ...

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

26.02.2021 [10:34]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir. 2021-ci il fevralın 26-da Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı ...