Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları start götürəcək
AzerTAg.az
30.03.2022 [12:41]
Sabah Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları start götürəcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən ...
Futbol üzrə Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib
AzerTAg.az
30.03.2022 [12:39]
Futbol üzrə Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.
AZƏRTAC xəbər verir ki, 69 yaşlı mütəxəssis bu barədə öz tviter hesabında paylaşım edib.
Portuqaliyalı mütəxəssis 2021-ci ildən Misir millisini çalışdırırdı ...
Azərbaycan təmsilçiləri aerobika gimnastikası üzrə dünya kuboku yarışlarında iştirak ediblər
AzerTAg.az
30.03.2022 [12:32]
Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi yığma komandanın 3 idmançısı təmsil edib.
Qarışıq cütlüyümüz ...
Şagirdlər arasında basketbol üzrə respublika birinciliyinin rayondaxili mərhələsi başa çatıb
AzerTAg.az
30.03.2022 [11:49]
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən ümumtəhsil məktəblərinin beşinci sinif şagirdləri arasında 4 mərhələ üzrə təşkil olunan basketbol üzrə respublika birinciliyinin rayondaxili yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ...
Azərbaycan şahmatçısı “Titled Tuesday Blitz” turnirində üçüncü yeri tutub
AzerTAg.az
30.03.2022 [11:38]
Azərbaycan şahmatçısı Vüqar Rəsulov onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, 11 turdan 9 xal toplayan şahmatçımız üçüncü yerə sahib olub. Turnirin qalibi adına rusiyalı Dmitri Andreykin ...
Futbol üzrə Argentina millisi öz rekordunu təkrarlayıb
AzerTAg.az
30.03.2022 [11:34]
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Ekvador millisi ilə heç-heçə edən (1:1) Argentina yığması öz rekordunu təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, komanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.
Argentina yığması bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb ...
Şahmatçımız Azər Mirzəyev Hindistanda keçiriləcək açıq turnirdə iştirak edəcək
AzerTAg.az
30.03.2022 [11:24]
Aprelin 1-də Hindistanın Quvaxati şəhərində şahmat üzrə açıq turnir start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Azər Mirzəyev də mübarizə aparacaq. Turnirdə 400-ə yaxın şahmatçı iştirak edəcək ki, onlardan da 14-ü qrosmeysterdir ...
Sabah Azərbaycan cüdoçuları Antalyada “Böyük dəbilqə” turnirində mübarizəyə başlayacaqlar
AzerTAg.az
30.03.2022 [11:13]
Sabah Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda 17 idmançı təmsil edəcək.
Kişilər arasında ...
Azərbaycan güləşçisi Abubakr Abakarov Avropa çempionatının finalına vəsiqə qazanıb
AzerTAg.az
30.03.2022 [10:58]
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatda 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər arasında finalçılar müəyyənləşib ...
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı sonuncu rəqibi müəyyənləşib
AzerTAg.az
30.03.2022 [10:47]
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı sonuncu rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, UEFA Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstan – Moldova cütünün qalibi olan Qazaxıstan yığması millimizin yer aldığı üçüncü qrupun sonuncu ...
FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ şahmatçısı Hikaru Nakamura ilə mübarizə aparacaq
AzerTAg.az
30.03.2022 [10:44]
Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal qarşılaşmaları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə mübarizə aparacaq. Yarımfinal mərhələsinin digər görüşü ...
Azərbaycanın U-21 komandası belaruslu həmyaşıdlarına məğlub olub
AzerTAg.az
30.03.2022 [10:38]
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyununda Belarus yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilmiş qarşılaşma 3:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Azərbaycan millisinin heyətində ...
Cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb
AzerTAg.az
30.03.2022 [02:39]
Aprelin 1-də Türkiyənin Antalya şəhərində start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə Azərbaycanı ümumilikdə 10 çəki dərəcəsi üzrə 17 idmançı ilə təmsil ...
Sərbəst güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start veriblər VİDEO
AzerTAg.az
30.03.2022 [01:16]
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər arasında ...
FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb
AzerTAg.az
29.03.2022 [23:35]
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tay-breykdə almaniyalı Vinsent Keymeri 3:1 hesabla məğlub ...
Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib
AzerTAg.az
29.03.2022 [23:11]
Martın 29-da kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan XIV tura MOİK – “Murov” matçı ilə start verilib ...
Rusiya şahmatçısı yarışlardan kənarlaşdırılması ilə bağlı FIDE-nin etika komitəsinin qərarından apellyasiya şikayəti verəcək
AzerTAg.az
29.03.2022 [18:48]
Rusiyalı qrosmeyster Sergey Karyakin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) etika və nizam-intizam komissiyası tərəfindən yarışlardan kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə o, TASS agentliyində məlumat verib ...
Canni De Byazi: Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm
AzerTAg.az
29.03.2022 [17:53]
Azlıqda qalmağımız oyun planımızı dəyişdi. Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nazarov ilə qol vurmaq şansımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm ...
Velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yolları müzakirə edilib
AzerTAg.az
29.03.2022 [17:48]
Martın 29-da Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev yığma və klub məşqçiləri ilə görüşüb.
AZƏRTAC federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı federasiya prezidenti və məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər ...
MULTİMEDİA
03.02.2023 [16:32]
03.02.2023 [14:13]
03.02.2023 [12:56]