Azərbaycanın kişilərdən ibarət cüdo yığması İslamiadanın finala çıxıb VİDEO
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının üçüncü günündə kişilərdən ibarət Azərbaycan yığması finala vəsiqə əldə edib.
AZƏRTAC xəbər verir ki, komandamız yarımfinalda Özbəkistan kollektivindən üstün olub - 4:1. Komandamızın heyətində Məmmədəli Mehdiyev, Elxan Məmmədov, Nicat Şıxəlizadə və Rüstəm Orucov qələbə qazanıb, Rüfət İsmayılov isə məğlubiyyətlə barışıb.