Ayxan Tağızadə İslamiadada ilk görüşündə Əfqanıstan taekvandoçusunu məğlub edib VİDEO
Bakı, 17 may, AZƏRTAC
İslamiadada kişilər arasında yarışda 68 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Ayxan Tağızadə əfqanıstanlı Rohullah Nikpa ilə qarşılaşıb
AZƏRTAC xəbər verir ki, rəqibinə 28:14 hesabı ilə qalib gələn idmançımız bu qələbə sayəsində növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.