Azərbaycanın “Araz” qrupu Litva telekanalında çıxış edib VİDEO
Vilnüs, 13 iyul, AZƏRTAC
Litva Milli Televiziyasında canlı yayımlanan “Sabahın xeyir, Litva” proqramının bugünkü qonağı Azərbaycanın “Araz” qrupu olub.
Muğam ifaçısı Könül Məmmədli, Ədalət Behbudov (tar) və Pərviz Fərhadovdan (kamança) ibarət “Araz” qrupu Klaypeda şəhərində UNESCO-nun qeyri-maddi mədəni irs üzrə beynəlxalq festivalında Azərbaycanı təmsil edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs