10 MİLYON TONDAN ÇOX MƏNFƏƏT NEFTİ ƏLDƏ EDİLMİŞDİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Əsrin müqaviləsi”nin iştirakçı şirkətləri, o cümlədən Azərbaycan artıq 7 ildir ki, “mənfəət nefti”ndən gəlir əldə edirlər. Əgər 1999-cu ilin sonuna qədər hasil edilən neftin satışından əldə edilən gəlir çəkilən xərcin ödənilməsinə sərf olunurdusa, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına yola salınmışdır. Bu günə kimi 84 belə tankerlə dünya bazarlarına 10 milyon tona yaxın neft göndərilmişdir. “Əsrin müqaviləsi” layihəsi üzrə çalışan yerli mütəxəssislərin sayı hazırda 17 min nəfərdən çoxdur. Azərbaycan vətəndaşlarının 9500 nəfərindən çoxu bp şirkətində işlə təmin olunmuşdur ki, onların da hər birinin orta aylıq əmək haqqı 950 ABŞ dollarından artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]