Azərbaycan Dövlət İnformasiya Agentliyi

Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub YENİLƏNİB VİDEO

Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Bakıda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans başlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, 20-dək ölkənin yüksək səviyyəli qonaqların, Milli Məclisin deputatlarının, ictimai təşkilatların, veteranların, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə İkinci Dünya müharibəsində, Əfqanıstan və Qarabağ müharibələrində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq konfransda Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində keçirilən konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu konfransın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə edilməsinə mühüm töhfələr verib.

Azərbaycandan 690 mindən çox insan müharibədə iştirak edib, onlardan 300 mindən çoxu həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə insan itkin düşüb. 123 nəfər ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın adı oğul və qızlarının şücaəti, on minlərlə həmvətənimizin orden və medallara layiq görülməsi ilə də tarixə yazılıb. Bu, Azərbaycan xalqının qəhrəmanlığının bariz nümunəsidir. Xalqımız həmin müharibədə beş milli diviziyası ilə yanaşı, bütün potensialı ilə iştirak edib. Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolu tarixi fakt kimi hamıya məlumdur. Bundan başqa, bütün Azərbaycan “hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə işləyib və əsl fədakarlıq nümunələri göstərib.

Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub. Bu amala sadiq qalan Azərbaycan xalqı və dövləti bütün dünyada sülhün qorunmasında öz töhfəsini verir və gələcəkdə də buna hazırdır. Ancaq bu gün erməni faşizmi ilə qarşılaşmış, ərazisinin iyirmi faizi Ermənistanın işğalı altında olan Azərbaycana qarşı münasibətdə eyni prinsipə həmişə əməl edilmir. Konfransda belə bir əminlik ifadə olunub ki, mövzusu faşizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünkü beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirərək deyib: “Bu beynəlxalq konfrans dövlət və ictimai xadimləri, veteran və gənclər təşkilatlarının nümayəndələrini bir məkanda toplayıb. Müzakirəyə çıxarılan mövzu çox aktual və mühümdür. Xüsusən ona görə ki, son illərdə saxtakarlar İkinci Dünya müharibəsinin tarixini yenidən yazmağa, Böyük Vətən müharibəsinin xarakterinə yenidən nəzər salmağa, faşizmin darmadağın edilməsində xalqlarımızın həlledici rolunu kiçiltməyə çalışırlar. Əminəm ki, bugünkü tədbir konstruktiv ruhda keçəcək, tarixi həqiqəti təhrif etmək cəhdlərinə qarşı mübarizəyə dair praktiki təkliflər hazırlamağa imkan verəcək, müasir mərhələdə dünyada və regionumuzda mürəkkəb qlobal prosesləri anlamağa şərait yaradacaq. Əlamətdar haldır ki, bu konfrans Bakıda - müharibə illərində cəbhəni yanacaqla təchiz edən şəhərdə keçirilir. Marşal Georgi Jukov deyirdi: “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin qorunması üçün düşmən üzərində tezliklə qələbə çalmaq üçün lazım olan miqdarda yanacaq verirdilər”.

Azərbaycanın cəbhəyə təkcə neft məhsulları göndərmədiyini, yeddi yüz mindən çox həmvətənimizin Böyük Vətən müharibəsi meydanlarında mərdliklə və fədakarlıqla döyüşdüyünü xatırladan Prezident Administrasiyasının rəsmisi deyib ki, onların təxminən yarısı geri qayıtmayıb. O vaxt Azərbaycan əhalisinin ümumi sayı cəmi üç milyon dörd yüz min nəfər idi. Bu o deməkdir ki, respublika sakinlərinin orta hesabla təxminən hər beş nəfərindən biri əlinə silah götürüb döyüşürdü.

Vətənin müdafiəçilərinə, müharibə iştirakçılarına və onların ailə üzvlərinə Azərbaycanda dərin hörmət bəslənilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Qələbə bayramı hər il rəsmi səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyev müharibə veteranlarını xalqımızın qızıl fondu hesab edirdi. Sevindirici haldır ki, veteranlara qayğı bu gün də Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikada müharibə iştirakçılarına sosial dəstək tədbirləri həyata keçirilir. Onlara Prezident təqaüdü verilir, veteranlar dövlət hesabına mənzil, avtomobil və bir sıra başqa güzəştlərlə təmin olunurlar. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il Qələbə Günü ərəfəsində müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir.

Ə.Mehdiyev qeyd edib ki, 2015-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ən yüksək standartlara cavab verən yeni bina ilə təmin olunub. Bu təşkilatın maddi-texniki bazasını gücləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Bütün bunlar ömrünün ən yaxşı illərini faşizmə qarşı mübarizəyə həsr etmiş insanlara dövlətimizin qayğısını əyani təsdiqidir.

Prezident Administrasiyasının rəsmisi İkinci Dünya müharibəsi haqqında həqiqətlərin, ümumən tarixin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən, nasist ideologiyasının Ermənistanda dövlət səviyyəsində yayılmasından da danışıb.

Ə.Mehdiyev deyib ki, İkinci Dünya müharibəsinin başa çatmasından yetmiş ildən çox vaxt ötür. Lakin təəssüf ki, bu gün biz müasir saxtakarlar tərəfindən o dəhşətli müharibənin tarixini bilərəkdən və qəsdən təhrif etmək, ata-babalarımızın qəhrəmanlıqlarına qara yaxmaq, işğalçılar tərəfində vuruşmuş xəyanətkarlara və onların himayədarlarına haqq qazandırmaq cəhdlərinin şahidiyik.

O qeyd edib ki, iki il bundan əvvəl Rusiyanın təşəbbüsü ilə BMT Baş Məclisinin yetmişinci sessiyasında nasizmin və neonasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşı mübarizəyə həsr edilmiş qətnamə qəbul olunub. Bu sənədi 126 dövlət dəstəkləyib. “Təəccüb doğuran odur ki, bu ölkələr arasında Ermənistan da var. Halbuki onun ərazisində nasist ideologiyası dövlət səviyyəsində yayılır. Hazırda Ermənistanda hərbi canilərin qəhrəman kimi qələmə verilməsi prosesi gedir. Minlərlə günahsız insanı qətlə yetirmiş nasist rejiminin əlaltısı Qaregin Njdeyə bu ölkədə heykəl qoyulub. Yeri gəlmişkən, həmin heykəlin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Njde haqqında film çəkilib, kitab nəşr olunub. Onun şərəfinə gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmiş sikkələr zərb edilib. Bir sözlə, “SS” erməni legionunu yaradan adam milli qəhrəmana çevrilib”, - deyə Ə.Mehdiyev qeyd edib.

Bu cür hərəkətlərin başqa ölkələrin veteranları və geniş ictimaiyyəti tərəfindən lazımınca pislənilməməsinin təəssüf hissi doğurduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib: “Belə laqeydlik ona gətirib çıxarıb ki, bu gün erməni faşizminin varisləri nasist ideologiyasını dirçəldərək bizi zorla müharibəyə cəlb ediblər. İyirmi beş ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Həm Ermənistanın özündə, həm də işğal edilmiş ərazilərimizdə etnik təmizləmələr nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Qeyd olunub ki, Ermənistanın millətçilik və işğalçılıq siyasəti təkcə regionun təhlükəsizliyinə təhdid yaratmır, həm də bütün dünyada ekstremizmə və şovinizmə qarşı mübarizəni çətinləşdirir. “Yalnız birlikdə informasiya-maarifçilik fəaliyyətini və təbliğat işini gücləndirməklə faşist ideologiyasının daşıyıcılarını ifşa etmək və müsbət dəyişikliklərə nail olmaq mümkündür. Bu məsələdə biz qəti və dəqiq mövqe tutmalıyıq”, - deyə Ə.Mehdiyev vurğulayıb.

Sonra MDB dövlətləri Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Konozbeq Jusupbekov, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatı Rasim Musabəyov, “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının müxtəlif ölkələrdəki nümayəndəliklərinin rəhbərləri, İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti Alfred Qaponenko, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Qəhrəmanlar Assosiasiyasının üzvü Vladimir Alimov, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Voronej şəhər nümayəndəliyinin rəhbəri Valentina Şumlyanskaya, “Döyüşçü qardaşlığı” jurnalının baş direktoru Vladimir Oskin, sabiq neft emalı sənayesi naziri Kamil Akimov və digərləri çıxışlarında Azərbaycanın faşizm üzərində qələbənin əldə edilməsində mühüm töhfələrindən, o cümlədən Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolundan, tədbirin əhəmiyyətindən danışıblar. İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin tarixi rolunu qeyd edən natiqlər öz ölkələrində bu istiqamətdə görülən işlərdən danışıblar.

Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və general-leytenant Alfred Qaponenko yekun vurublar.

Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

 

Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb