Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xalq Artisti Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib YENİLƏNİB VİDEO

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Xalq Artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Fərhad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı sənətinizlə sevindirirsiniz, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verirsiniz. Siz gənc yaşlarınızdan dünyada da Azərbaycanı ləyaqətlə təmsil edirsiniz, Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bildiyimə görə, hələ 50 il bundan əvvəl beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüsünüz və beləliklə, öz istedadınızı bütün dünyaya nümayiş etdirmisiniz.

Siz həm bəstəkar, həm peşəkar musiqiçi kimi dünya miqyasında öz layiqli yerinizi tuta bilmisiniz və Azərbaycan xalqı sizi sevir və sizi yüksək qiymətləndirir. Siz gənc kadrların hazırlanmasında çox böyük iş görürsünüz. Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında sizin çox böyük əməyiniz olubdur. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, demək olar ki, bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində sizin xüsusi rolunuz var. Şadam ki, bu gün Azərbaycan bütün istiqamətlər üzrə beynəlxalq tədbirlərin keçirilməsində öz töhfəsini verir və ölkəmizdə həm siyasi, iqtisadi, həm də idman və mədəni tədbirlər yüksək səviyyədə təşkil olunur.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə həmişə çox böyük diqqət və qayğı göstərirdi. Bilirəm ki, sizin əməyinizi, sənətinizi yüksək qiymətləndirirdi, sizi bir insan kimi, bir gənc kimi də çox sevirdi. Siz bunu yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və mən sizi çox gözəl insan kimi tanıyıram. Nəinki görkəmli mədəniyyət xadimi, gözəl, vətənpərvər, prinsipial, xeyirxah insan kimi siz Azərbaycan xalqının sevgisini qazanmısınız. Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuq və bu gün də bu, belədir. Hələ sovet vaxtında siz gənc ifaçı kimi SSRİ Xalq Artisti adına layiq görülmüsünüz. O da əlbəttə ki, sizin istedadınızın sovet məkanı tərəfindən yüksək qiymətləndirilməsi demək idi. Bilirəm ki, müstəqillik dövründə sizin çoxsaylı xarici qastrollarınız olub və beynəlxalq tədbirlərdə Azərbaycanı həmişə çox yüksək səviyyədə, ləyaqətlə təmsil edirsiniz. Azərbaycan dövləti də sizi çox yüksək qiymətləndirir, sizə dövlət mükafatları verilmişdir. Bu gün isə siz yubileyiniz ərəfəsində Azərbaycan dövlətinin yüksək mükafatı - “İstiqlal” ordeni ilə təltif olunursunuz və mən istərdim ki, bu ordeni sizə təqdim edim.

x x x

Dövlətimizin başçısı İlham Əliyev “İstiqlal” ordenini Fərhad Bədəlbəyliyə təqdim etdi.

x x x

Fərhad BƏDƏLBƏYLİ dedi:

-Çox sağ olun cənab Prezident. Əlbəttə bu, çox sevindirici bir haldır. Bu gün axşam mənim konsertimdir, gündüz isə cənab Prezident mənə belə yüksək mükafatı təqdim edir.

İstiqlal, ümumiyyətlə, bütün Azərbaycanın neçə nəslinin böyük bir arzusu olub. Azad Azərbaycanın böyük Prezidenti mənə bu ordeni verir. Burada böyük bir məna var. Bakı Musiqi Akademiyasında heç vaxt unutmurlar ki, bu ali məktəbə Üzeyir bəyin adını Siz qaytarmısınız. Bütün ziyalılar bunu gözləyirdilər və Siz bunu etdiniz. Siz düz buyurdunuz ki, bizim çoxlu cavan ifaçılarımız neçə-neçə beynəlxalq müsabiqələrdə qalib olurlar, idman öz yerində, amma biz də beynəlxalq müsabiqələrdə, konsertlərdə, neçə-neçə tədbirlərdə bayrağımızı qaldırırıq. Əlbəttə, bu uğurlarda Heydər Əliyev Fondunun, Mehriban xanımın xüsusi rolu var. Bu gün konsertdə dirijorluq edəcək Fuad İbrahimov 9 il Kölndə oxuyub, Fond ona kömək edib. İndi o, gözəl dirijordur. Yəni, biz bu diqqəti həmişə hiss edirik. Vaxtilə Siz bizə pul ayırmısınız, biz gözəl royallar almışıq, indi gözəl təmirimiz var. Yəni, o diqqəti biz həmişə hiss edirik.

Bu da çox vacib məsələdir. Əlbəttə, mən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi Sizə dərin təşəkkürümü bildirirəm. Çünki Siz hər yerdə harada olursunuzsa - Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Brüsseldə, Parisdə hər dəfə çıxışınızda Qarabağ məsələsini qaldırırsınız. Biz bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki biz hiss edirik ki, bu mövzu Sizin diqqət mərkəzinizdədir. Əlbəttə, biz çalışırıq ki, Azərbaycanın adı hər yerdə ən yüksək səviyyədə səslənsin. Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, olimpiadalarda bizim idmançılarımız qalib olanda, bayrağımız yüksələndə biz hamımız sevincdən az qalırdı ağlayaq. Bir neçə məzunumuz Böyük Teatrda solistdir - Elçin Əzizov, Dinarə Əliyeva. İndi gənclərimizin bir neçəsi La Skalada çıxış edir, yəni, işləyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizə yeni uğurlar arzulayıram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Xalq Artisti Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib YENİLƏNİB VİDEO

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır