“Facebook” kompaniyasının xalis gəliri 56 faiz artıb VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
2017-ci ildə ABŞ-ın “Facebook” kompaniyasının xalis gəliri əvvəlki illə müqayisədə 56 faiz artaraq 15,9 milyard dollara çatıb. 2016-cı ildə sosial şəbəkənin gəliri 10,2 milyard dollar idi.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hesabat dövrü ərzində kompaniyanın ümumi gəliri 47 faiz artıb və 40,6 milyard dolları ötüb. Bununla yanaşı, qazancın əsas hissəsi reklam xidmətlərindən əldə edilir. Bu seqmentdə göstərici 39,9 milyard dollardan yuxarıdır (49 faiz artım).
2017-ci ilin dekabr ayına qədər sosial şəbəkənin mütəmadi aktiv olan istifadəçilərinin sayı 1,4 milyard nəfərə çatıb ki, bu da öncəki illə müqayisədə 14 faiz çoxdur.