Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları ölkəmizdə salamlayan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında sıx qarşılıqlı fəaliyyəti, həmrəyliyi göstərir. Qurultay həmişə müəyyən işin nəticəsidir, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq imkanıdır. Dövlətimizin başçısı bu sahədə qarşıda duran məsələlərin hamı üçün eyni olduğunu bildirərək əminliyini ifadə etdi ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyev dedi: “Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır. Biz vətəndaşlar üçün sosial cəhətdən müdafiə edilmiş əmək şəraiti yaratmağa çalışırıq. Bu, son 15 ildə 5 dəfədən çox artırılan əməkhaqqında və əmək şəraitində də özünü göstərir. Əlbəttə ki, daimi nəzarət və həllini tələb edən məsələlər də diqqət mərkəzindədir. Bu, ilk növbədə, məşğulluqla əlaqədardır”. Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bunu böyük nailiyyət kimi qiymətləndirdi. Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Buna görə də belə müsbət demoqrafik dinamika əlbəttə ki, bizi həmişə işsizliyin daim aşağı səviyyədə olması üçün yeni iş yerlərinin yaradılması istiqamətində fəal işləməyə məcbur edir. Prezident İlham Əliyev vurğuladı ki, bu qədər iş yerinin yaradılması dövlətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Prezident İlham Əliyev dedi: “Elmi-texniki tərəqqini, avtomatlaşdırmanı, yeni texnologiyaların inkişafını nəzərə alaraq, indi qarşıda yenidən ixtisaslaşma vəzifəsi durur. Bu gün biz bunun üzərində işləyirik. Eləcə də düşünürəm ki, qeyri-leqal məşğulluqla bağlı məsələ ətrafında fikir mübadiləsi aparmaq faydalı olardı. Azərbaycanda işlə məşğul olanların hamısını qeydiyyata götürmək üçün həm inzibati, həm də sistem xarakterli tədbirlər görülür. Əlbəttə, bununla paralel olaraq əməyin ödənilməsinin ölçüləri barədə dəqiq nəzarət və hesabatlılıq da diqqət mərkəzindədir”.

Prezident İlham Əliyev bildirdi ki, yalnız həmkarlar ittifaqının qüvvəsi ilə bunları həll etmək mümkün deyil. Burada həm nəzarət, həm də fiskal, vergi, sosial müdafiə və əmək orqanları birgə işləməlidir. Dövlətimizin başçısı qurultayda aparılacaq fikir mübadiləsinin faydalı olacağına əminliyini bildirdi və qurultayın işinə uğurlar arzuladı.

Qonaqlar adından çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio dedi: “Cənab Prezident, fürsətdən istifadə edərək, ilk növbədə, Azərbaycanda əldə olunan nailiyyətlər münasibətilə Sizi təbrik edirəm. Biz, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası olaraq ölkənizdə keçirilən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuruq”.

Sonra qonaq dünyada gedən mürəkkəb proseslər fonunda həmkarlar təşkilatlarının iş yerləri ilə bağlı fəaliyyətinin əhəmiyyətindən danışdı və bəzi ölkələrdə həmkarlar ittifaqlarının üzvlərinin sayının azalmasının narahatlıq doğurduğunu dedi. Eyni zamanda, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasının həmişəki kimi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğuladı. Digər tərəfdən, dünya əhalisinin sayının artması da iş yerlərinin qorunması ilə bağlı qarşıya yeni çağırışlar qoyur. Dünyada varlı və kasıb təbəqələr arasında fərqin artması da narahatlıq doğuran amildir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti dedi ki, digər mühüm problemlərdən biri də miqrant məsələsidir. Bu da öz həllini tələb edən problemdir. Qonaq xüsusilə qeyd etdi ki, dünyada baş verən münaqişələr də insanların, xüsusilə aztəminatlı təbəqələrin rifah halına çox mənfi təsir edir. Sonra qonaq dedi: “Mən Sizin gözəl şəhərinizdə olmağımdan çox şadam. Mən öz azərbaycanlı həmkarlarıma da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirirəm. Bu gün ölkənizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı öz işinə başlayır. Ümidvaram ki, bu tədbirdə iştirakçılar həmkarlar təşkilatları qarşısında duran vəzifələrin həlli istiqamətində fikirlərini bölüşəcəklər”.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Rusiya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov dedi: “Hörmətli İlham Heydər oğlu, Sizinlə növbəti dəfə görüşməkdən böyük məmnunluq hissi keçiririk. Bizim üçün Sizin öz çıxışınızda qeyd etdiyiniz, bizim hər gəlişimizdə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edərkən müşahidə etdiyimiz irəliləyiş və tərəqqini vurğulamaq olduqca xoşdur. Həqiqətən işsizliyin 5 faiz təşkil etməsi böyük nailiyyətdir. Əlbəttə, hamımız istərdik ki, daha az olsun. Biz bu işlərə başlayanda hansı çətinliklərin olduğunu yaxşı xatırlayırıq”.

Mixail Şmakov Azərbaycanda ali dövlət orqanları ilə həmkarlar ittifaqı təşkilatları arasında mövcud olan səmərəli qarşılıqlı fəaliyyətin önəmini vurğulayaraq bunun ölkədə ictimai-siyasi sabitliyin təmin olunması işinə böyük töhfə verdiyini qeyd etdi və əldə olunan nailiyyətlərin bir çox ölkələrə nümunə olduğunu bildirdi. Bizim hamımızın qarşısında ümumi problemlərin dayandığını deyən qonaq bunlardan birinin də qeyri-formal və qanunsuz məşğulluq olduğunu vurğuladı. Qanunsuz məşğulluq bizə ziyan vurur və iqtisadiyyatı daha səmərəli inkişaf etdirməyə imkan vermir. Ona görə də həmin məsələdə biz eyni mövqedən çıxış edirik. Biz çalışmalıyıq ki, dövlətin qanunlarına riayət olunsun, əvvəla hər kəs sosial sistem tərəfindən müdafiə olunsun, digər tərəfdən isə hər kəs bu sosial sistemə öz töhfəsini versin ki, özü də müdafiə olunsun. Buna görə də sizin təcrübəniz bir nümunədir. Biz bundan sonra da hökumətinizlə və həmkarlar ittifaqınızla əməkdaşlığı davam etdirəcəyik.

Xoş sözlərə və Azərbaycanda görülən işlərə verilən qiymətə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev dedi ki, məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir. Prezident İlham Əliyev bildirdi ki, bu islahatlar o vaxt səmərəli olur ki, ictimaiyyət onu dəstəkləyir. Buna görə də iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman bizim siyasətimizin gündəliyində durur.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda son 15 ildə əhalinin sayı 1 milyon yarım artıb və bu artım meyili hələ də davam edir. Bu da öz növbəsində inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində bizim iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir.

Prezident İlham Əliyev bildirdi ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi. Prezident İlham Əliyev dedi ki, bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi. Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev rəhbərlik etdiyi qurumun yaranmasının 25 illiyi münasibətilə medalın təsis olunduğunu bildirdi və bu qurumun İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafına verdiyi dəstəyə görə ilk medalı Prezident İlham Əliyevə təqdim etdi.

“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalay da dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib YENİLƏNİB VİDEO

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır