İDMAN
Batut, ikili mini-batut və tamblinq üzrə keçirilən 26-cı Avropa çempionatının üçüncü gününə start verilib VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində yeniyetmə və böyük gimnastlar sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən, fərdi proqramda təsnifat iki mərhələdən ibarət olduğundan batut gimnastikası üzrə fərdi yarışlarda finaldan əvvəl ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal keçiriləcək.
Qeyd edək ki, 26-cı Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə edə biləcəklər.