ELM VƏ TƏHSİL
ADNSU və Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq genişlənir VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Xarkov Milli Texniki Universitetinin rektoru Yevgeni Sokolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verən M.Babanlı universitetin beynəlxalq miqyasda əməkdaşlıq etdiyi ali təhsil müəssisələrindən və həyata keçirilən birgə layihələrdən danışıb. ADNSU-da keyfiyyətli tədrislə yanaşı, tələbələrin innovativ ideyalarının dəstəklənməsi məqsədilə yaradılan “eazi START” Startap və İnnovasiya Mərkəzinin olduğunu deyən rektor müasir dünyanın tələbələrinə uyğun layihələrin hazırlanmasının universitetin prioritetlərindən olduğunu vurğulayıb.
Rəhbərlik etdiyi universitet haqqında məlumat verən Xarkov Milli Texniki Universitetinin rektoru Y.Sokol ADNSU-nun neft və qaz sahəsində kadr hazırlığı təcrübəsini yüksək dəyərləndirib. Qonaq sənayenin digər sahələri üzrə ixtisaslaşan Xarkov Milli Texniki Universiteti ilə əməkdaşlığın yaradılmasının əhəmiyyətini qeyd edib. Hazırda Türkiyə universitetləri ilə uğurlu əlaqələrin qurulduğunu qeyd edən Y.Sokol ADNSU və digər Azərbaycan universitetləri ilə də əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.