Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib VİDEO

Bakı, 5 may, AZƏRTAC

Görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın vəfatından bir il ötür.

AZƏRTAC xəbər verir ki, mayın 5-də Fəxri xiyabanda görkəmli alimin qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məzarın önünə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.

Tədbir iştirakçıları Rəfiqə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanda analitik kimya sahəsində ilk qadın akademik

Mərasimi açan Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alim ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib. Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb, bu məktəbin yetirmələri kimya elminə öz töhfələrini verirlər. “Gözəl müəllim idi, tələbələrinə analıq qayğısı göstərirdi. Ehtiyacı olan tələbənin əlindən tutaraq universitet rəhbərliyinin yanına gətirər, ona yataqxanada yer ayrılması, təqaüd verilməsi üçün müraciət edərdi. Tələbələr onun qrupuna düşməyə çalışardılar. Biz Rəfiqə xanımın 70 və 80 illik yubileylərini keçirmək istəyəndə, bununla razılaşmadı. Yalnız vəfatından sonra biz onun 85 illik yubileyini qeyd edə bildik. Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının önündə onun barelyefi açıldı, adına təqaüd təsis edildi, elmi yaradıcılığına həsr edilən beynəlxalq konfrans keçirildi”, - deyə akademik Abel Məhərrəmov diqqətə çatdırıb.

Qeyd edilib ki, Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960-1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktorları yetişib.

Akademik Abel Məhərrəmov deyib: “Rəfiqə xanım böyük müəllim, alim olmaqla yanaşı, cəmiyyətdə gedən keçid dövrü proseslərinə fədakarlıqla sinə gərdi. Dünyaya gələn insan bir gün də bu dünyadan köçür, ancaq onun gördüyü işlər və yaratdıqları qalır. Rəfiqə xanımın əsərləri tələbələri və ailəsidir. Onun ailə üzvləri Azərbaycan cəmiyyətində özlərini təsdiqləyiblər”.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, Milli Məclisin deputatları Elmira Axundova və Rafael Hüseynov, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Əməkdar Memar Rasim Əliyev, tanınmış heykəltəraş, Xalq Rəssamı Natiq Əliyev çıxış edərək akademik Rəfiqə Əliyevanı dəyərli alim, xeyirxah insan kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüblər.

Rəfiqə xanım cəmiyyət üçün layiqli övladlar
böyüdən ana və qayğıkeş nənə idi

“Rəfiqə xanımdan söz düşəndə xatirələrimizdə son dərəcə mədəni, sadə, mərd insan canlanır. Gözəl ana, tanınmış ictimai xadim, pedaqoq, alim və ən əsası əsl Azərbaycan xanımı - Rəfiqə xanımın həyatı bir çox qadınlara örnəkdir. Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olan Rəfiqə Əliyeva “Dünya Azərbaycan Qadınları Birliyi”nin fəxri sədri seçilmişdi. O, Komitəmizin tədbirlərində də hər zaman fəal iştirak edər, öz dəyərli təkliflərini, məsləhətlərini verərdi.

Rəfiqə xanım böyük alim, ictimai xadim olmaqla yanaşı, cəmiyyət üçün layiqli övladlar böyüdən ana və qayğıkeş nənə idi. O öz həyatı və fəaliyyəti ilə sübut etdi ki, xanımlar həm elmlə məşğul ola bilər, həm də sağlam ailə qura və layiqli övladlar yetişdirə bilərlər. Artıq bir ildir ki, Rəfiqə xanım aramızda yoxdur. Amma buna baxmayaraq, o, həmişə hər birimizin xatirindədir. Əgər insan xatırlanırsa, deməli, yaşayır”, - deyə Hicran Hüseynova qeyd edib.

Görkəmli alim Rəfiqə Əliyevanın buraya toplaşanların hər birinin həyatında böyük yer tutduğunu qeyd edən Dilarə Seyidzadə deyib: “Klassiklərin birindən soruşanda ki, şəxsiyyətdən hansı cəhətləri gözləmək olar, o, cavabında deyib: cəhət birdir - şəxsiyyətin davranışı və əməlləri. Rəfiqə xanım hər yerdə eyni şəkildə idi, insanlara eyni gözlə baxardı, çünki ürəyi təmiz idi, əməlləri təmiz idi. Seçdiyi ixtisasına çox böyük məhəbbət və ehtiramla yanaşırdı. Görünür, uşaqlıqdan o böyük ailədə tərbiyə aldığı vaxtlardan bilirdi ki, onun insanlara, hər bir azərbaycanlıya xeyri dəyməlidir. Ən böyük xeyir isə təhsil və bilikdir. Bilik olan yerdə böyük məhəbbət olur. İnsan hər bir işə, addıma məhəbbətlə yanaşmalıdır. Biz onu Rəfiqə xanımda gördük. Biz daim Rəfiqə xanımı yad edirik. O, daim bizim yanımızdadır. Daxilimizdə onunla danışırıq. Onun xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Elə bu abidə də Rəfiqə xanımın qəlbinin incəliyini, dərin zəkasını, insanlara məhəbbətini, elm fədaisi olduğunu əks etdirir”.

Yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova Rəfiqə Əliyevanın qeyri-adi dərəcədə təvazökar insan olmasından söz açıb: “Mən Heydər Əliyev haqqında kitab üzərində işləyəndə Rəfiqə xanımdan cavanlıq illərindən danışmasını xahiş etmişdim. Deyirdi ki, “nə danışım, o, yaşca məndən qat-qat böyük idi, utanıram, necə danışım”. Bir təhər razılıq aldıq və çox gözəl xatirələrini mənimlə bölüşdü. Bu xatirələr kitabımın yaraşığı oldu. Rəfiqə xanım çox mətin insan idi, böyük iradəsi var idi. Mən böyük dost itirdim. Biz onunla təskinlik tapırıq ki, bu böyük alimin işi, tələbələri, ailəsi yaşayacaq”.

Azərbaycan qadınına, Azərbaycan aliminə ucaldılan gözəl abidə

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov deyib: “Bu gün təkcə anım günü deyil. Bu gün böyük mədəniyyət hadisəsi baş verir. Bu ucalan yalnız qəbirüstü abidə deyil, Azərbaycan mədəniyyətinin, heykəltəraşlığının bir incisi, Azərbaycan qadınına, Azərbaycan aliminə ucaldılan gözəl bir abidədir. Rəfiqə xanım Azərbaycanın tarixində analitik kimya sahəsində ilk akademik kimi qalır. Onun elm tarixinə atdığı imzanı heç kim təkrarlaya bilməyəcək. Rəfiqə Əliyeva AMEA-nın həqiqi üzvlüyünə 2014-cü ildə seçilmişdi, lakin bu, keçən əsrin 70, 80, 90-cı illərində də baş verə bilərdi. Rəfiqə xanım Heydər Əliyevin bacısı idi. O, təvazökar olmasaydı, buna nail ola bilərdi. Ömrünün böyük bir hissəsini Bakı Dövlət Universitetinə həsr etməsi də onun işinə, peşəsinə sadiqliyindən xəbər verir”.

Sonda mərhumun ailəsi adından çıxış edən qızları - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

“Buraya gələnlərə baxdıqca, Rəfiqə xanımın onlarla ayrı-ayrılıqda təması yadıma düşür. Bu insanların hər birinin qəlbində Rəfiqə xanımın öz abidəsi var. Avraam Linkolndan oxuduğu kitabların ən gözəlinin hansı olduğunu soruşanda o, cavab vermişdi ki, anamdır. Bu fikri Rəfiqə xanıma da şamil edə bilərik. O, bizim üçün ən gözəl kitabdır. O, bizim həyatımızın ən əsas müəllimidir”, - deyə Fəxriyyə Xələfova qeyd edib.

Qeyd edək ki, qəbirüstü abidə kompleksini Xalq Rəssamı, heykəltəraş Natiq Əliyev və Əməkdar Rəssam, memar Şamil Buksayev hazırlayıblar. Akademik Rəfiqə Əliyevanın heykəli özünəməxsus süjetə və kompozisiyaya malikdir. Bu mənada, kompleks həm də maarifçilik missiyasını həyata keçirir və abidə ansamblı kimi təqdim olunur. Rəfiqə xanımın heykəli vasitəsi ilə yaradılan obrazı xarakterik portret cizgilərini, üzündəki dərin düşüncəni əks etdirir. Bu heykəldə Rəfiqə xanımın bütün cizgiləri çox təbii şəkildə yaradılmışdır. Hətta onun əksər hallarda geyindiyi akademik mantiyası, əlindəki kitabı, yaxasındakı jabo, gözlərinin ifadəsində xəyala dalması tam portretini canlandırmağa uğurla xidmət edir. Rəfiqə xanımın qranitdən hazırlanmış heykəlində obrazın ən zəruri xarakterik cizgiləri az qala güzgüdə olduğu kimi çox dəqiq və canlı şəkildə ifadə olunub. Heykəldə lirizmin və bədii detalların zənginliyinin də özünəməxsus yeri var.

Akademik Rəfiqə Əliyevanın abidə kompleksi məşhur Avropa memarlıq üslubu olan Barokko incəsənət növü ilə Şərq memarlığının sintezinin təzahürüdür.

Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib