Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinə yekun vurulub VİDEO

Bakı, 7 may, Xəyalə Məmmədova, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən birgə təşkil edilib.

Tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı qısa film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Cümhuriyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını əsas götürərək təşkil edilən bu müsabiqə Cümhuriyyətin qurulmasında rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda, hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyırdı. Hicran Hüseynova bu müsabiqənin həm də ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Qeyd edib ki, belə tədbirlərin təşkili ilə Ümummilli Lider tərəfindən əsası qoyulan dövlət qadın siyasətinin əhəmiyyəti, qadınların cəmiyyətdə rolunun artması ilə bağlı onun rəhbərliyi altında reallaşdırılan islahatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən siyasət barədə ictimaiyyət ətraflı məlumatlandırılır. Hicran Hüseynova vurğulayıb ki, ölkəmizdə aparılan ardıcıl və uğurlu siyasət qadınların vəziyyətinə və cəmiyyətdəki mövqeyinə də müsbət təsir göstərir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələrin böyük önəmi var.

Komitə sədri əlavə edib ki, müsabiqəyə təqdim edilən yazılar kitab halında nəşr edilib.

“Bu gün Azərbaycan qüdrətli, öz taleyinin sahibi olan bir dövlətdir”, - deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir tədbirin keçirilməsi təqdirəlayiq haldır. Müsabiqədə yer alan yazıların cəmləşdiyi toplu qadın problemləri ilə məşğul olan hər kəsin stolüstü kitabına və dəyərli mənbəyə çevriləcək. “Bu layihə vasitəsilə Azərbaycan gəncliyinə həm də bir yol göstərmiş oluruq”, - deyə o vurğulayıb. Bahar Muradova deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə Azərbaycan xalqının həyatında tarixi mərhələ olub, xalqımızın müstəqilliyinin və suverenliyinin, parlaq gələcəyinin bünövrəsini qoyub.

Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa zaman kəsiyində dövlətçilik ənənələrinin formalaşdırılması və mütərəqqi idarəçilik institutlarının təsis edilməsi baxımından yüksək nəticələr əldə etməyə nail olub. Bu gün xalqın tarixi keçmişinin ondan gizlədilən səhifələrini yenidən oxumaq, onun ən yaxşı oğullarının və onların xanımlarının nəcib təşəbbüslərini, fəaliyyətlərini müasirlərimizin nəzərinə çatdırmaq hər bir tarixçinin, tədqiqatçının və hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən müsabiqənin qaliblərini təbrik edib. Qeyd edib ki, Ulu Öndər qadınlarla bağlı dövlət siyasətinə xüsusi önəm verir, bunu prioritet vəzifələrindən biri hesab edirdi.

Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi Heydər Əliyevin çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyini vurğulayıb. O bildirib ki, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olub və qadınlara səsvermə hüququ verən ilk respublika da məhz bu dövlət olub. “Cümhuriyyətçi qadınlar bizim qürur yerimizdir. Onlar o zaman hər əzab-əziyyətə dözərək dövlətçilik ənənələrinə sadiq qalıblar”, - deyən Sona Vəliyeva ulu öndər Heydər Əliyevin və bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də hər zaman qadınların fəaliyyətini dəstəklədiklərini vurğulayıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı müsabiqə iştirakçılarının belə bir layihədə iştirak etmələrinin əhəmiyyətini vurğulayıb, qalibləri təbrik edib. O, Cümhuriyyət dövründə yaşayan, yaradan qadınları hər bir gəncin tanımasının və onların irsi haqqında məlumatlı olmalarının vacibliyini vurğulayıb.

Sonra Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıblar. Müsabiqənin yazılarının toplandığı nəşr mədəni-maarif xəzinəsi, tarixi mənbə adlandırılıb.

Qeyd edək ki, müsabiqəyə 98 nəfər qatılmışdı. Yazılardan 67-si toplu şəklində nəşr edilib.

Sonda qaliblərə mükafatlar və hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

“Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinə yekun vurulub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu