Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində DQİDK tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda kitabın təqdimatı da olub.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında danışıb. Ölkəmizdə mühüm bir hadisənin qeyd edildiyini bildirən Dövlət Komitəsinin sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin tarixinin tədqiq olunması ilə əlaqədar müvafiq tövsiyələr verib. Bunun əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu çox dəyərli, sanballı tədqiqat işləri ortaya qoyub. Mübariz Qurbanlı, eyni zamanda, Ulu Öndərin iştirakı ilə Xalq Cümhuriyyətinin 80 illik yubileyi ilə əlaqədar Milli Məclisdə böyük dinləmələr keçirildiyini və Ümummilli Liderin öz çıxışlarında Xalq Cümhuriyyətinə və onun fəaliyyətinə yüksək dəyər verdiyini qeyd edib.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Ulu Öndərimiz kimi AXC-nin xalqımızın dövlətçilik tarixində oynadığı əhəmiyyətli rola hər zaman diqqətlə yanaşdığını diqqətə çatdırıb. O, dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar imzaladığı sərəncamların ictimai-siyasi, elmi-tarixi mahiyyətinin xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.

Vurğulanıb ki, dövlətçilik tariximizdə mühüm rol oynayan AXC dövründə baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub. Müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların, ilk növbədə, yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. İlklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb. M.Qurbanlı vurğulayıb ki, İstiqlal Bəyannaməsində dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər şəraitin yaradılması ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələrinin parlamentdə təmsil olunması vicdan azadlığı məsələsinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradır.

Konfransda DQİDK tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda nəşr etdirilən kitabın təqdim edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı nəşrdə AXC dövründə din sahəsində aparılan siyasət, həyata keçirilən tədbirlər haqqında dolğun məlumatların yer aldığını bildirib. Nəşrin elmi redaktorunun professor Qabil Əliyev olduğunu deyən Dövlət Komitəsinin sədri kitabın tarixlə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli vəsait olacağına ümidvar olduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda mövcud olan dini azadlıq, tolerantlıq və multikulturalizm mühiti ölkəmizin milli sərvətidir. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm rolu sonrakı dövrlərdə baş vermiş proseslər üçün əsas zəmin və siyasi-hüquqi miras yaradıb.

O deyib ki, AXC qısa müddətdə hakimiyyətdə olsa da, həmin dövr ölkəmizdə mühüm hadisələrlə yadda qalıb. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə, 1998-ci ildə AXC-nin 80 illik yubileyinin keçirilməsi və ona həsr edilən əsərlərin nəşr edilməsi haqqında sərəncamlar bu tarixin öyrənilməsində, tədqiqində mühüm rol oynayıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən C.Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, həmin dövrdə tolerantlıq ənənələrinin qorunmasına, dini sahəyə diqqətin dövlətimiz tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayıb.

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabının elmi redaktoru, tarix elmləri doktoru, professor Qabil Əliyev bildirib ki, AXC-nin 100 illiyinin qeyd olunması ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə xidmət edir. O, mürəkkəb daxili və xarici vəziyyətdə yaranan Xalq Cümhuriyyətinin köklü islahatlara imza atdığını, bir çox sahələr kimi, dini sahədə də nailiyyətlər əldə etdiyini deyib. Vurğulayıb ki, AXC haqqında çoxsaylı tədqiqatlar aparılsa da, dövlət-din münasibətləri barədə tədqiqatlara ehtiyac yaranıb. Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mövzuya aid sanballı əsər ərsəyə gətirilib. Q.Əliyev kitabın dövlət-din münasibətləri haqqında ensiklopedik məlumat xarakteri daşıdığını deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə həyata keçirdiyi çoxsaylı tədbirlər barədə məlumat verib. AXC-nin yaradılmasında görkəmli şəxslərin özünəməxsus yeri olduğunu xatırladan O.Səmədov ölkənin şanlı tarixi barədə gənclərin ətraflı biliklər almasının vacibliyinə toxunub, Vətənə sevgi, dövlətə sədaqət, xalqa hörmət hissinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici siyasət addımları, qısa zaman ərzində gördüyü böyük işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Cümhuriyyət dövründə müstəqilliyin ən qiymətli nemət olduğunu anlayan xalqımız Azərbaycanın gələcəkdə əbədi müstəqilliyinə qovuşacağına inanırdı. Bu inamın özünü doğrultması nəticəsində Azərbaycanın dövlət müstəqilliyi elan olunub. Məhz Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib.

Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov çıxışlarında bildiriblər ki, AXC dövründə hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipi əsas götürülüb. O dövrdən miras qalan Azərbaycan tolerantlıq ənənələrinin nəticəsidir ki, bu gün Azərbaycan tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xüsusi xidmətləri olan ölkədir.

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabının həmmüəllifi, DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında kitabın ərsəyə gəlməsi barədə danışıb. O, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatların aparıldığını, lakin o dövrə aid dövlət-din münasibətləri haqqında nəşrlərin az sayda olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu nəşrin hazırlanmasının əsas məqsədi mövzu barədə məlumatların sistemli şəkildə təqdim edilməsidir. Kitabın 3 fəsildən ibarət olduğunu qeyd edən şöbə müdiri nəşrin AXC dövründə dövlətin həyata keçirdiyi din siyasəti, müvafiq sahənin qurumları, din xadimləri ilə bağlı mühüm məqamları ehtiva etdiyini diqqətə çatdırıb.

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO