Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tokioda rəsmi qəbul təşkil edilib VİDEO

Tokio, 25 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən Tokioda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, qəbulda əsas qonaq qismində Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini İvao Horii, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpusun əməkdaşları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin sədri, 2000-2001-ci illərdə Yaponiyanın Baş naziri olmuş, hazırda da Yaponiyanın siyasi arenasında yüksək nüfuza malik olan Yoşiro Mori də tədbirə qatılaraq öz təbriklərini çatdırıb.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri tanınmış yapon müğənni Kyoko Yamamotonun rəhbərlik etdiyi qrup tərəfindən canlı ifa edilib.

Çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə 1918-1920-ci illərdə müsəlman dünyasında ilk parlament respublika modeli əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) barədə ətraflı məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini və həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda bununla əlaqədar çoxsaylı tədbirlərin keçirildiyi qeyd edilib. Vurğulanıb ki, AXC müsəlman dünyası ilə yanaşı, bir çox Avropa dövlətlərindən də qabaq qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi müsəlman dövləti olub. AXC-nin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir, məhz o zaman Azərbaycan dili rəsmi status alıb, Azərbaycan bayrağı və digər dövlət atributları qəbul edilib, Azərbaycan Silahlı Qüvvələri yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

Sonra G.İsmayılzadə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi, qarşıya çıxan çətinliklər barədə bəhs edib. Müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi vurğulanıb. Səfir Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb.

Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verən səfir bu tədbirlərin, o cümlədən Formula 1 Azərbaycan Qran-Prisi, birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları və digər idman və musiqi yarışlarının ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini söyləyib və bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhəmiyyətli töhfələri haqqında qəbul iştirakçılarına məlumat verib.

Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan G.İsmayılzadə ötən dövrdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib. İki ölkə arasında münasibətlər, iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahəsində əməkdaşlıq haqqında bəhs edib. Səfir, həmçinin qeyd edib ki, son illərdə Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu, ikitərəfli münasibətlərin inkişafına öz töhfələrini verməkdədir.

Yaponiya parlamentinin Nümayəndələr Palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Yaponiya tərəfdən rəhbəri Akira Amari Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan A.Amari Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfəri zamanı yarandığını xatırladan A.Amari bu gün iki ölkə arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişafı etdiyini vurğulayan A.Amari ona yenidən Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə ən səmimi təbriklərini ünvanladığını bildirib.

Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin səfir Gürsel İsmayılzadənin fəaliyyəti dövründə daha da inkişaf etdiyini qeyd edən Yaponiya parlamentinin üzvü ona gələcək fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün bundan sonra da köməyini əsirgəməyəcəyini vəd edib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini İvao Horii Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir müavini Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər olduğunu qeyd edib. İ.Horii Yaponiya xarici işlər naziri Taro Kononun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə təbrik məktubunu oxuyub.

Məktubda nazir T.Kono hazırda Yaponiyada olmaması səbəbindən tədbirdə şəxsən iştirak etmədiyinə görə təəssüfləndiyini bildirib, 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, AXC-nin qurulması Azərbaycan xalqının böyük nailiyyəti kimi yüksək qiymətə layiqdir.

Nazir Yaponiyanın Azərbaycan ilə münasibətlərə yüksək əhəmiyyət verdiyini, ölkəmizin inkişafının və nailiyyətlərinin Yaponiyada böyük sevinc hissi ilə qarşılandığını bildirib.

Ötən ilin sentyabrında Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğunun xatırlandığı məktubda bununla bağlı Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horiinin Azərbaycana səfəri, səfər çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı barədə Sazişin uzadılması haqqında sənədin imzalanması mərasimində Yaponiya dövləti adından iştirakı da əksini tapıb.

Azərbaycan-Yaponiya ikitərəfli münasibətləri, xüsusən də enerji sahəsində əlaqələrin inkişafından Yaponiya tərəfinin məmnunluğunun bəhs edildiyi məktubda əməkdaşlığın genişlənməsində “Silk Way West” şirkətinin Azərbaycan və Yaponiya arasında birbaşa yükdaşıma uçuşlarını həyata keçirilməsinin töhfələri qeyd edilib.

Azərbaycan xalqına bir daha təbriklərini çatdıran T.Kono yaxın gələcəkdə Azərbaycana səfər etmək niyyətində olduğunu da bildirib.

Təntənəli tədbir Azərbaycan milli musiqisi nümunələrinin səslənməsi ilə və ziyafətlə başa çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tokioda rəsmi qəbul təşkil edilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu