Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsrarəngiz Azərbaycan musiqisi Benbu şəhərində VİDEO

Benbu, 4 dekabr, AZƏRTAC

Çin Xalq Respublikasının Anxoy vilayətinin Benbu şəhərində 2-ci Çin ticarət və mədəni mübadilə beynəlxalq forumu, paralel olaraq Çin beynəlxalq musiqi alətləri sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif xalqlar arasında mədəni mübadilənin gücləndirilməsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə dəstək məqsədi daşıyan hər iki tədbirdə 40-a yaxın ölkə təmsil olunub. Azərbaycan tədbirdə xüsusi qonaq qismində iştirak edib.

Açılış mərasimində çıxış edən Benbu meri Van Çen tədbirlərin müxtəlif xalqlar arasında əməli və səmərəli əməkdaşlıq platformasının yaradılması, birgə gələcək üçün səylərin cəmləşdirilməsi məqsədi daşıdığını deyib.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu deyib. Şərq ilə qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixən təkcə ticarət deyil, həm də mədəniyyət körpüsü rolunu oynayıb.

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün iqtisadi sahə ilə yanaşı, humanitar və mədəni istiqamətdə də əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran səfir Ə.Zeynallı bildirib ki, Azərbaycan bu layihə çərçivəsində müxtəlif formatlarda əməkdaşlığa töhfə verməyə hazırdır.

Azərbaycan xalqının uzun əsrlər boyunca yaratdığı zəngin mədəniyyət nümunələri barədə məlumat verən diplomat ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qobustan Milli Tarix-Bədii qoruqları UNESCO-nun Mədəni İrs Siyahısına, xalçaçılıq, aşıq, kəlağayı, kamança hazırlanması və ifaçılıq, Lahıc misgərlik sənətləri, lavaş bişirmə və paylaşma ənənəsi, dolma hazırlama və paylaşma ənənəsi, muğam və tar ifaçılığı, Novruz bayramı təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmçinin Qarabağın Çövkən ənənəvi atüstü oyunu UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısındadır. Bu yaxınlarda isə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə Təcili qorunma siyahısına daxil edilib.

Azərbaycan-Çin münasibətlərinin inkişafında mədəni sahədə əməkdaşlığın rolunu vurğulayan səfir Ə.Zeynallı Çindən olan turistlərin zəngin mədəni irsi və gözəl təbiəti olan Azərbaycana səfərlərinin iki xalq arasında mübadilənin dərinləşməsinə töhfə verəcəyini deyib. Çin vətəndaşları üçün tətbiq olunan sadələşdirilmiş viza rejimi, Pekin və Urumçi şəhərləri ilə Bakı arasında birbaşa aviasiya əlaqəsi çinli turistlərin Azərbaycan daha rahat səfər etmələrinə imkan yaradır. Bu cür səfərlər iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Təbirdə Azərbaycana aid videoçarxlar nümayiş olunub.

Beynəlxalq forum və sərgi çərçivəsində “Əsrarəngiz Azərbaycan musiqisi Benbuda” adlı konsert təşkil edilib. Konsertdə ölkəmiz və onun mədəniyyəti, musiqisi haqqında məlumat verilib. Bildirilib ki, bir çox dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan dünya mədəniyyətinə, o cümlədən incəsənətinə, ədəbiyyatına böyük töhfələr verib. Özünəməxsus mədəni irs yaradan Azərbaycan xalqı opera və teatr daxil olmaqla müsəlman Şərqində bir çox yeniliklərə imza atıb.

Konsertdə Əməkdar Artist Toğrul Əsədullayev (kamança), gənc musiqiçilər Günay İmamverdiyeva (xanəndə), Kamal Nuriyev (tar) və Emin Cəbrayılovun (nağara) ifasında Azərbaycan muğamları, təsniflər, xalq mahnıları səsləndirilib. Azərbaycan musiqisinə böyük maraq göstərən qonaqlar musiqimizin sədaları altında rəqs də ediblər. Tarda Çin xalq və Avropa klassik musiqisindən parçaların ifası isə tədbir iştirakçılarının təəccübünə və heyrətinə səbəb olub.

Tədbirin əsas təşkilatçılarından biri, Benbu şəhərində dünya əhəmiyyətli mədəni layihələrdən biri olan “Mədəniyyət sərgisi parkı”nı inşa edən “Shanghai Xiangjiang” sənaye şirkətinin rəhbəri Ma Quosian sərgi-forumda fəal iştiraka görə Azərbaycan tərəfinə minnətdarlıq edib, musiqiçilərimizin çıxışlarının tədbirə xüsusi rəngarənglik qatdığını deyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Benbu

Əsrarəngiz Azərbaycan musiqisi Benbu şəhərində VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH