Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionların inkişafı üzrə Dövlət Proqramının icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb VİDEO

İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin sədrlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda dövlət başçısının üçüncü Dövlət Proqramının icrası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdiyini, qarşıdakı illərdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir: “Həyata keçirilən genişmiqyaslı islahatlar mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib”.

Ş.Mustafayev diqqətə çatdırıb ki, icrası başa çatan Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Qeyd edib ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır: “Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları və bu sahədə görülən işlər aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açır”.

Bildirib ki, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini və siyasətini həyata keçirmək məqsədi ilə mühüm struktur islahatları həyata keçirilib: “Gömrük rəsmiləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizdə sahibkarlığın inkişafına, qeyri-neft məhsullarının ixracına əlavə stimul yaradıb və biznes mühitinin daha da yaxşılaşmasında əhəmiyyətli addım olan hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyəti”nin əsasını qoyub.

İqtisadiyyat naziri əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılması, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: “Sosial layihələrin reallaşdırılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun, şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr regionlarda yaşayan əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir”.

Ş.Mustafayev qeyd edib ki, regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın və iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirir: “İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib”.

İnvestisiyanın təşviqi mexanizmlərindən danışan nazir diqqətə çatdırıb ki, indiyədək 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan çox investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaq. Bu layihələrin 87 faizi regionların payına düşür: “Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri nəticəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8 faiz, qeyri-neft sənayesi isə 32 faiz artıb. Görülən işlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb”.

O qeyd edib ki, Dövlət Proqramının icrası dövründə Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, süd və süd məhsulları, istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir: “2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit verilib. Bu ildə də tamamilə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit verilməsi nəzərdə tutulur”.

Nazir əlavə edib ki, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və Orta Biznes evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini daha da artıracaq, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcək: “Hazırda “KOB Dostu” şəbəkəsinin də genişləndirilməsi işləri aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir”.

Ş.Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində sahibkarlarla keçirilən görüşdə qaldırılan məsələlərin həlli istiqamətində ötən müddətdə görülmüş işlər barədə məlumat verib.

Görüşdə sahibkarların iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, ixrac, əmək münasibətləri və sair sahələr üzrə təklifləri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirin sonunda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, xarici ticarət iştirakçılarına daha əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

 

Regionların inkişafı üzrə Dövlət Proqramının icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb VİDEO

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb VİDEO

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır