Kürdəmirin səhiyyə işçiləri aksiyada 200-dən çox ağac əkiblər VİDEO
Kürdəmir, 30 mart, AZƏRTAC
Kürdəmirdə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı altında keçirilən aksiyada 100-dən çox tibb işçisi iştirak edib. Rayon mərkəzi xəstəxanasının ərazisində əsasən dekorativ və meyvə ağacları olmaqla, 200-dən çox ağac əkilib.
Ağacəkmə aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.