İran portalında “Bakı Azərbaycanın incisidir” başlıqlı videoçarx yayılıb VİDEO
Tehran, 15 may AZƏRTAC
İranın tanınmış “Aparat.com” videoportalında “Bakı Azərbaycanın incisidir” başlıqlı videoçarx yayılıb.
AZƏRTAC xəbər verir ki, sözügedən videoda Bakı ilə yanaşı, ölkəmizin digər bölgələri ilə bağlı kadrlar da nümayiş etdirilir.
Videonun şərhində qeyd olunur ki, Azərbaycan Respublikasının paytaxtı Bakı ən böyük şəhər və ən böyük limandır. Bu şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və dünyanın neft ilə zəngin olan bölgələrindən biridir. Bakı Qafqazın ən çox əhalisi olan şəhərdir. Bakıda çox sayda gözəl parklar var.
Şəhərdə musiqi, teatr və opera daxil olmaqla digər bədii proqramlar da icra olunur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran