13500 HEKTAR SAHƏDƏ TAXIL ƏKİLMIŞDİR
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mövsümün əvvəlindən 13500 hektar sahəyə taxıl səpilmişdir. 6500 hektar arpa zəmilərinin ilkin suvarması aparılmışdır. Yerli sahibkarlar ötən mövsümdə 4000 tona yaxın toxum tədarük etmişlər. Əkin materialının çox hissəsi dünya şöhrətli seleksiyaçı alim, akademik Cəlal Əliyevin yetişdirdiyi elit buğda növləridir. Yaxın illərdə rayonda taxıl sahələrinin 20 min hektara çatdırılması nəzərdə tutulur.