Ukraynada həmvətənlərimiz Sevgililər gününə həsr olunmuş konsertdə çıxış ediblər VİDEO
Kiyev, 15 fevral, AZƏRTAC
Ukrainka şəhərində Sevgililər gününə həsr olunmuş konsertdə həmvətənlərimiz milli mahnı və rəqslərimizi təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, konsertdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, həmyerlimiz Qurban Abbasovun və müğənni Natalya Kudryaşovanın ifalarında həm Azərbaycan, həm də Ukrayna dilində mahnılar səslənib.
“Azərbaycan” ansamblının üzvləri tərəfindən milli rəqslər, o cümlədən “Yallı” gözəl ifa edilib.
Tamaşaçılar, həmçinin Ukrayna opera ifaçıları tərəfindən dünya şöhrətli müğənni, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin repertuarından mahnıları dinləyiblər.
Rüstəm Məmmədov
Kiyev