Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
AZƏRTAC xəbər verir ki, alovun qarşısı nazirliyin müvafiq qüvvələri tərəfindən alınıb. Yanğın söndürülüb. Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.