Müdafiə Nazirliyi düşmənin hərbi texnikasına sarsıdıcı zərbələrin endirilməsinə dair yeni görüntüləri paylaşıb VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin hərbi texnikasına sarsıdıcı zərbələrin endirilməsini əks etdirən yeni görüntülər paylaşıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videoda oktyabrın 3-də səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələrin endirilməsi əksini tapıb.