Müdafiə Nazirliyi Ağdam rayonunun Mollalar kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Mollalar kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Xatırladaq ki, Mollalar kəndi 1993-cü il iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.