Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin edilmiş rayonlara çıxarılır.