Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edirlər VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat-taktiki təlimlərin niyyətinə uyğun olaraq, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edirlər.