MƏDƏNİYYƏT


Oslo şəhər meri Azərbaycanla Norveç əlaqələrinə həsr olunan sərgini ziyarət edib VİDEO

Stokholm, 22 may, Rauf Əliyev, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Norveçin paytaxtı Oslonun Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, Oslo şəhər meri Marianne Borgen sərgi ilə yaxından tanış olub və burada toplaşanlar qarşısında öz fikirlərini bölüşüb. "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpuru möhtəşəm sərginin keçirilməsi münasibətilə təbrik edən Marianne Borgen, bu cür tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edib: “Bu cür təşəbbüslər, xüsusilə, bu günlər daha çox əhəmiyyət daşıyır. Mən çox şadam ki, Oslonun mərkəzində təşkil edilən bu sərgi çox vacib mesajlar daşımaqla yanaşı, Tur Heyerdalın izi ilə Azərbaycana səfər etməyə imkan verəcək. Layihə həm də mədəniyyətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərir”.

Qeyd edək ki, açıq hava altında başlayan sərgi, bundan sonra Tur Heyerdalın uşaqlıq ev-muzey kompleksində davam edəcək.

Sərgi Diasporla İş Üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə keçirilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.