Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib VİDEO
Tovuz, 2 iyul, AZƏRTAC
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb. “ZİL” və “MAN” markalı yük maşınlarının toqquşması nəticəsində “ZİL”in sərnişini Arif Həsənov ölüb. Xəsarət alanlar - Ağstafa rayon sakinləri Yusif Kazımzadə və Elgün Həsənli Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.