Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb VİDEO

İstanbul, 23 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən mediaforumu çərçivəsində oktyabrın 23-də “Türk dünyası olaraq gələcəyi qurmaq" mövzusunda panel iclası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, panel iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Anadolu Agentliyinin (AA) Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Türkiyənin NTV media qurumunun Xarici əlaqələr və xarici xəbərlər redaksiyasının koordinatoru Ahmet Yeşiltepe və digərlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Tədbirdə çıxış edənlər türk dünyasının gələcəyinin qurulmasına xaricdən edilən təzyiqlərə, zorakılıqlara, separatçı cəhdlərə qarşı alternativ, lakin ədalətli mədəni, siyasi və iqtisadi birliyin yaradılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, türk dünyasının gələcəyini qurmağın əsas yolu həmrəylik və əməkdaşlıqdan keçir. Bu birliyin ən gözəl nümunəsini Qarabağ müharibəsi dövründə gördük. Qarabağ Zəfəri türk dünyasının son dövrlərdə qazandığı ən böyük uğurlarından biridir. Burada biz yalnız torpaqlarımızı azad etmədik, eyni zamanda, birliyimizi qurduq. Burada ortaq iş görməyin və Zəfəri əldə etməyin həzzini yaşadıq. Bu Qələbənin əhəmiyyəti təkcə hərbi Zəfər deyil, birlik Zəfəridir. Dünya mediasında Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı təhlili yazı verilmədi. Biz bunu türk dünyası olaraq birləşərək dünyaya çatdırmağa çalışdıq. Bu proses yalnız 44 gün deyil, bütün işğal dövrünü də əhatə etdi. Azərbaycan və Türkiyə liderləri çox ciddi iradə ortaya qoyaraq xalqlarımızın birliyini gücləndirdilər. Bunun nəticəsidir ki, Türkiyə KİV-ləri yayımlandığı hər dildə Ermənistanın Azərbaycana qarşı təxribatları haqqında yazmağa başladı. Burada kommunikasiya idarələrimizin rolunu xüsusi qeyd etmək lazımdır.

Çıxışında Türk Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə Şuranın fəaliyyətinin çox geniş və müxtəlif sahələri əhatə etdiyini bildirən Aslan Aslanov deyib: “Bu çoxşaxəli fəaliyyət və reallaşdırılan layihələr Türkdilli dövlətlərin birliyinə, xalqlarımızın və cəmiyyət institutlarının daha da yaxınlaşmasına xidmət edir. Buna ən yeni misal olaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türk Şurasının dəstəyini və çox önəmli bəyanatını qeyd etmək istərdim. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin real təzahürü kimi diqqət çəkir.

Biz ortaq tarixə, ortaq mədəniyyətə, ortaq dilə və dinə mənsub dövlətlər və xalqlarıq. Bu ortaq dəyərlər qloballaşan, lakin bəzi hallarda qütbləşən müasir dünya düzənindəki yerimizi və rolumuzu müəyyənləşdirmək üçün çox mühüm istinad nöqtələridir. Türk dünyası olaraq gələcəyə gedən yollarımız da məhz burada kəsişərək qovuşur”.

Türk dünyasının güclənməsinin və birliyinin əhəmiyyətinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ illər öncə təkrar-təkrar vurğuladığını xatırladan A.Aslanov deyib: “Ulu Öndər deyirdi ki, özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyasının xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir. Öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. Artıq gerçəkləşməkdə olan bu ümidlər gələcək barədə daha nikbinliklə danışmağa əsas verir”.

Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin regionda önəmli mövqeləri ilə seçilən və qlobal təhlükəsizliyə mühüm töhfələr verən dövlətlər olduğunu xatırladan Aslan Aslanov dövlətlərimizin və xalqlarımızın potensialının real qiymətləndirilməsi və bu gücün birləşdirilməsinin gələcəyimiz üçün xüsusi önəmə malik olduğunu vurğulayaraq bildirib: “Təəssüf ki, bu gün dünyada türk düşmənçiliyi, islamofobiya və bu kimi digər ədalətsizliklər ilə üz-üzəyik. Biz zamanın gözlənilən və gözlənilməyən çağırışlarına birlikdə cavab versək, mövcud təhdidlərin qarşısına birgə çıxsaq, önümüzdə heç bir qüvvə duruş gətirə bilməz. Azərbaycan Qarabağda qurtuluş savaşına qalxdığı vaxt Türkiyənin, eləcə də Türk Şurasının mənəvi-siyasi dəstəyi bunun əyani təsdiqidir”.

Azərbaycan-Türkiyə qardaşlığının Türk dünyasının gələcəyi üçün ən yaxşı model, nümunə ola biləcəyini xüsusi qeyd edən Aslan Aslanov deyib: “İstanbula səfər öncəsi tarixi vərəqləyərkən 2014-cü ilin aprelində Praqada keçirilən “Şərq tərəfdaşlığı” Sammitində baş verən bir olayı xatırladım. Türkiyə bu sammitdə təmsil olunmurdu. Türkiyənin qarasınca danışan birinin sözünü Azərbaycan Prezidenti İlham Əliyev kəsərək “Türkiyə burada yoxdur, amma mən varam” dedi və Türkiyə həqiqətlərindən danışdı. Azərbaycanın olmadığı siyasi məkanlarda, beynəlxalq siyasi müstəvidə isə onun sözünü Türkiyə deyir. Mən Praqada 7 il əvvəl baş vermiş hadisəni təsadüfən dilə gətirmədim. Hesab edirəm ki, bu, Türk dünyasının arzuladığımız və can atdığımız gələcəyi üçün bir örnək, o cümlədən biz media nümayəndələri üçün də ibrətamiz nümunədir.

Bu gün türkdilli dövlətlərin media sahəsində əlaqələri də möhkəmlənməkdə olan əməkdaşlığımızın ruhuna uyğun inkişaf edir. Türk Şurasının təşəbbüsü ilə keçirilən görüşlərimiz, eləcə də bu mediaforum informasiya və təcrübə mübadiləsi üçün münbit zəmin yaradır".

Yaşadığımız dövrün informasiya mühitinin müasir reallıqlarının media qurumları arasında sıx əməkdaşlığı, çevik informasiya mübadiləsini, qarşılıqlı kadr hazırlığı məsələlərini getdikcə aktuallaşdırmaq olduğunu qeyd edən AZƏRTAC-ın İdarə heyətinin sədri Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etmək uğrunda Azərbaycanın apardığı Vətən müharibəsi zamanı informasiya cəbhəsində nələr baş verdiyinin şahidi olduğumuzu xatırladadaraq deyib: “Feyk xəbərlərin, reallıqdan çox-çox uzaq olan qərəzli məlumatların yayılması, Azərbaycana aşkar təzyiq cəhdləri və sair. Azərbaycan mediası bu informasiya savaşından möhkəmlənərək, böyük təcrübə toplayaraq çıxdı. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, qardaş Türkiyə mediasının müharibə dövründə Azərbaycana verdiyi dəstək dezinformasiyaların qarşısını almaqda və dünyaya əsl həqiqətləri çatdırmaqda əvəzedilməz rol oynadı. Müşahidələrimiz onu deməyə əsas verir ki, türkdilli ölkələrin mediası lazım gəldikdə bir-birinin haqq səsini dünyaya çatdırmaq üçün güclü resurslara malik olmalıdır. Bu hədəfə isə, ilk növbədə, dünya təcrübəsini mənimsəməklə, yeni trendləri çevik tətbiq etməklə nail olmaq mümkündür. Media platformalarının yaradılması və inkişafı bu baxımdan önəmlidir”.

AZƏRTAC-ın Qazaxıstanın “Kazinform”, Qırğızıstanın “Kabar”, Özbəkistanın “UzA”, Türkmənistanın dövlət agentliyi və Türkiyənin Anadolu xəbər agentliyi ilə ikitərəfli qaydada sıx tərəfdaşlıq əlaqələrinə malik olduğunu diqqətə çatdıran A.Aslanov deyib: “Eyni zamanda, 1992-ci ildə yaradılan Türkdilli Xəbər Agentlikləri Birliyi - TKA da bu baxımdan vacib platformalardan biridir. Onun canlandırılması, inkişaf etdirilməsi bu gün aktual məsələ kimi qarşımızda dayanır.

Biz Anadolu Agentliyi ilə birlikdə TKA-nın Baş Assambleyasını keçirməyi planlaşdırırıq. Tərəfdaşımız olan agentliklərin bu toplantıya verdiyi önəmi yüksək qiymətləndiririk. Bununla bağlı təşəbbüslərinə və səylərinə görə dəyərli həmkarım, hörmətli Sərdar Karagözə bir daha təşəkkürümü bildirirəm.

Bildiyimiz kimi, informasiya agentlikləri istənilən ölkədə əsas informasiya təchizatçısı olaraq doğru və yoxlanılmış xəbər mənbəyidir. Feyk və dezinformasiya dolu yeni informasiya məkanında belə xəbərlərə ehtiyac qat-qat artıb. Bu səbəbdən məhz yoxlanılmış, dəqiq xəbərlərə böyük tələbat yaranır. Məqsədimiz TKA-nın fəaliyyətini daha da aktivləşdirməklə, təkmilləşdirməklə onun beynəlxalq informasiya məkanına inteqrasiyasını, Dünya Xəbər Agentlikləri Konqresi, Avropa Xəbər Agentlikləri Alyansı, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı və bu kimi digər media qurumları ilə əməkdaşlığını təmin etməkdir. İlkin olaraq təşkilatın yeni Nizamnaməsinin layihəsi hazırlanıb və müzakirə üçün üzv agentliklərə göndərilib. Bu ilin fevralında AZƏRTAC təşkilatın saytını imkanları daxilində yeniləyib. Saytın təkmilləşdirilməsi üçün üzv agentliklərin ciddi dəstəyinə ehtiyac var”.

Ötən ilin dekabrında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında "Media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalandığını və hər iki ölkənin prezidentləri tərəfindən təsdiqləndiyini xatırladan AZƏRTAC-ın idarə Heyətinin sədri bildirib: “Hesab edirəm ki, digər türkdilli ölkələr arasında da belə bir əməkdaşlıq platforması yaratmaq, yaxud onu daha qlobal struktura çevirmək üçün bütün şanslar, imkanlar var. Ümumiyyətlə, media sahəsində ikitərəfli əməkdaşlıq müstəvisində toplanmış təcrübənin Türk Şurası formatına transformasiyası barədə düşünməyə dəyər. Yəqin ki, digər türkdilli dövlətlərdəki həmkarlarımızın da müvafiq ideya və təklifləri var, onları müzakirə edib ortaq məxrəc tapa bilərik. Birinci addım kimi təklif edərdim ki, yaxın gələcəkdə Türk Şurasına üzv dövlətlərin media strukturlarının iştirakı ilə konfrans keçirilsin. Həmin konfransda ümumtürk media platformasının yaradılmasına dair yol xəritəsi hazırlansın”.

A.Aslanov qeyd edib ki, Türk dünyasının öndərləri xalqlarımızın gələcəyini həmişə parlaq görüblər. Müstəqil dövlətlərə malik olan xalqlarımız bu parlaq gələcəyə doğru inamla addımlayır, hər bir addım isə gələcəyin binasının önəmli elementinə çevrilir. Əminəm ki, Türk Şurasının təşkil etdiyi bu mediaforum da mətbuatımızın daha sıx əməkdaşlığı üçün yeni imkanlar açacaq və biz bu gələcəyin qurulmasına öz töhfəmizi verə biləcəyik.

Sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir