İmişli məktəblərində Zəfər Günü qeyd olunub VİDEO













İmişli, 6 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunun təhsil ocaqlarında 8 Noyabr - Zəfər Gününə həsr edilən silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aranlı kənd 1 saylı orta məktəbdə Zəfər Günü qeyd edilib. Tədbirdə çıxış edənlər 44 günlük Zəfər yürüşündən və şanlı qələbədən söhbət açıblar.
Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib.
Sonda məktəb adından şəhid ailəsi və qazilərə Xarıbülbül simvolu olan xatirə plaketi təqdim edilib.
Rayonun Mürsəlli kəndində də Zəfər Günü qeyd olunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra şagirdlərin çəkdikləri rəsmlər və əl işləri nümayiş etdirilib. Məktəblilərin çıxışları və kompozisiyalar şəhid ailələri və qazilər tərəfindən qürurla izlənilib.