DOST mərkəzlərinin hər birinin önündən 44 göyərçin səmaya buraxılıb VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, hər bir DOST Mərkəzinin önündən sülh, əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya buraxılıb.
Möhtəşəm tarixi Zəfərimizə həsr olunan tədbirdə DOST mərkəzlərinin əməkdaşları və DOST könüllüləri ilə yanaşı, Vətən müharibəsinin bir qrup qazisi də iştirak edib.