Zəfər Günü münasibətilə Yevlaxda ağacəkmə aksiyası keçirilib VİDEO
Yevlax, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Yevlax rayonunda da yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib. Keçirilən silsilə tədbirlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputat İlham Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Yevlax Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub.
Bəşir Səfəroğlu adına Xalq Teatrında “Zəfər tamaşası” adlı tamaşa nümayiş etdirilib. Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.
Zəfər Günü münasibətilə Yevlax şəhərində ağacəkmə aksiyası keçirilib. Axşam saatlarında atəşfəşanlıq olub.