Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hulusi Akar: Azərbaycanın heç vaxt tək olmadığını hər kəs bilməli və görməlidir VİDEO

Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin mətbuat konfransı keçirilib

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Hulusi Akar Vətən müharibəsində Türkiyənin Azərbaycana fəal dəstəyi ilə bağlı danışarkən Ermənistanın otuz ilə yaxın davam edən haqsız işğalının, azərbaycanlı əhaliyə qarşı törədilən qətliamların, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin qardaş ölkədə də böyük narahatlıq və üzüntü doğurduğunu bildirib: “BMT Təhlükəsizlik Şurasının, eləcə də ATƏT-in Minsk qrupunun münaqişəni həll etməsini böyük ümidlərlə gözlədik. Lakin münaqişənin həll edilmədiyini gördükdə Azərbaycan lazımi addımları atdı və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük əməliyyatlar nəticəsində ərazilərini Ermənistanın işğalından azad etdi. Hazırda məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları, sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün lazımi işlər görülür”.

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında Türkiyənin fəal iştirak etdiyini bildirən nazir dövlətlərimizin başçılarının göstərişləri ilə Türkiyə və Azərbaycan Silahlı qüvvələri arasında əməkdaşlığın ən yüksək səviyyədə davam etdirildiyini vurğulayaraq deyib: “Bu uğurlara çiyin-çiyinə çalışaraq nail olduq. Bu, bizim üçün son dərəcə sevindirici və qürurvericidir. Bu sevinci yaşamağımızda təbii ki, ən böyük pay şəhidlərimizə aiddir. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və yaralılarımıza şəfa diləyirik. Onların bu xidmətlərini daim hörmət və ehtiramla yad edəcəyik”.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışan Hulusi Akar bildirib ki, mərkəzin məqsədi atəşkəsin davamlılığının və bölgədə sabitliyin təmin olunmasıdır. “Biz bu məsələdə qətiyyətimizi, səmimiyyətimizi, dostluğumu ortaya qoyuruq. Mərkəzdə Rusiya və Türkiyə nümayəndələri ilə yanaşı, azərbaycanlı qardaşlarımız da fəaliyyət göstərirlər. Birgə Mərkəzin fəaliyyəti nəticəsində atəşkəsin pozulması hallarının xeyli azaldığını, sabitliyin təmin olunması üçün önəmli addımların atıldığını müşahidə edirik”, - deyə türkiyəli nazir vurğulayıb.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinə əsasən, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlarla bağlı sualı cavablandıran Hulusi Akar deyib: “Şuşa Bəyannaməsi bizim duyğu və düşüncələrimizin sənəddə əks olunmasıdır. Bu, aramızdakı səmimi münasibətləri genişləndirən Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin ölkələrimiz və millətimiz üçün baxışlarını ortaya qoyduqları bir sənəddir. Biz müdafiə və təhlükəsizlik sahələrində nəzərdə tutulan işləri həyata keçirmək üçün hərbi təlim, əməkdaşlıq, məsləhətləşmə və qarşılıqlı yardım sahələrində işbirliyinin miqyasını yenidən təşkilatlanma, modernizasiya və hərbi təlimlərlə genişləndiririk”.

Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi təlimləri ilə bağlı suala cavabında Türkiyənin milli müdafiə naziri bildirib ki, bizim qardaşlığımızı xüsusilə 44 günlük Vətən müharibəsi zamanı hamı gördü. “Biz bütün bölgədə dostluq, əməkdaşlıq, sabitlik və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq”, - deyən Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə həyata keçirdiyi fəaliyyətin heç bir digər ölkə üçün təhdid və ya təhlükə təşkil etmədiyini diqqətə çatdırıb.

Üçtərəfli hərbi əməkdaşlıqda Pakistanın fəal iştirakını xüsusi vurğulayan Hulusi Akar bildirib: “Bu əməliyyatlarda Azərbaycan və Türkiyənin yanında olan üçüncü ölkə Pakistandır. Hərbi təhlükəsizlik, müdafiə qabiliyyətinin artırılması və əməkdaşlığın genişləndirilməsi baxımından hərbi təhsil və təlimlərin keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Bütün sahələrdə, o cümlədən Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava, Xüsusi Təyinatlı Qüvvələr arasında, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlıq uğurla həyata keçirilir”.

Hulusi Akar AZƏRTAC-ın müxbirinin “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığı və bu istiqamətdə müxtəlif formatların müzakirə edildiyi bir vaxtda bölgədə vəziyyəti gərginləşdirməyə yönələn müəyyən proseslər yaşanır. Bölgədə böyük nüfuz sahibi olan Türkiyə bu durumu necə dəyərləndirir və qardaş ölkənin bu məsələlərdə mövqeyi nədən ibarətdir? Sizcə, davamlı sülhün və sabitliyin təmin olunması üçün nə edilməlidir?” sualına cavabında bildirib: “Bu məsələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində “Biz sülh göyərçini olmaq istəyirik” deyib. Azərbaycan haqlı, gərəkli və beynəlxalq səviyyədə legitimliyi olan bir mübarizə apardı. Çünki bu mübarizədə başqa bir ölkənin torpağı işğal edilmədi, hər hansı xalqın hüquqları pozulmadı. Biz Azərbaycanın öz torpaqlarının işğaldan azad etməsi üçün çalışdıq. Hər kəs bundan sonrakı dövrdə düşmənçiliklə nəyəsə nail olunmayacağını anlamalı və gələcəyə baxmalıdır. Bu baxımdan əməkdaşlıq, görüşlər, müzakirələr, eləcə də tərəflərin təhlükəsizliyi, haqq və maraqlarının təmin olunması, əhalinin rifahı baxımından atılacaq addımların müzakirə edilməsi barədə hörmətli prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın xeyli bəyanatları var.

Biz birlikdə həyata keçirdiyimiz fəaliyyətlərin əməliyyat-taktiki hissəsini bitirib, sülh mərhələsinə - əməkdaşlığa birlikdə başlamalıyıq. Ermənistan bunu bir fürsət olaraq görməlidir. Hörmətli prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın etdikləri sülh təklifinin Ermənistan tərəfindən fürsət olaraq dəyərləndirilməsini istəyirik.

Beləliklə, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranı əhatə edən əməkdaşlıq formatlarını hamımız birlikdə müzakirə etməliyik. Çünki dünyaya baxın, müxtəlif bölgələrdə bir sıra münaqişələr baş verdi. Ancaq sonda siyasi həll yolunu tapa bilənlər daha təhlükəsiz və firavan səviyyəyə çata bildilər. Əgər Ermənistan bunu dərk edərsə və bu məsələdə adekvat münasibət göstərərsə, həqiqətən də həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi nailiyyətlər əldə oluna bilər. Avtomobil yolu, dəmir yolu layihələri dəstəklənməli və həyata keçirilməlidir. Bundan qonşu ölkələr də yararlana bilərlər. Ermənistan düşmənçiliyi bir kənara qoyub gələcəyə baxmasının həm erməni xalqı, həm də bölgə üçün çox obyektiv və faydalı olacağını görməlidir”.

Hulusi Akar bəzi qüvvələrin Vətən müharibəsindən sonra Türkiyənin regionda artan rolundan narahat olduqları barədə suala cavabında deyib: “Türkiyənin əsas məqsədi azərbaycanlı qardaşlarımızın məruz qaldığı haqsızlığın aradan qaldırılması, Azərbaycan xalqının və dövlətinin ədalətli mübarizəsində onların yanında olmaqdır. Biz bunu davam etdiririk və etdirəcəyik. Azərbaycan heç vaxt tək deyil. Bunu hər kəs bilməli və görməlidir. Biz bu məsələdə əsl vəfa örnəyi göstərdik. Prezident Rəcəb Tayyib Ərdoğan ilk andan etibarən Azərbaycanın yanında olduğumuzu bəyan etdi. Bunun başqa cür yozulması mənasızdır”.

Hulusi Akar ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsinə dair suala cavabında bildirib ki, Türkiyə və Ermənistanın arxivlərinin açılması barədə Prezident Rəcəb Tayyib Ərdoğanın təklifinə Ermənistan indiyə qədər cavab verməyib. Qondarma “soyqırımı” iddiaları siyasi məqsədlərə, populist və opportunist maraqlara xidmət edir.

Mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürünü bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğunu diqqətə çatdıran nazir ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.

 

Hulusi Akar: Azərbaycanın heç vaxt tək olmadığını hər kəs bilməli və görməlidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib