Gender əsaslı ayrı-seçkilik iş həyatında da peşəkar yanaşma deyil VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Milli qanunvericilik gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmaları özündə əks etdirir. Əmək və məşğulluq sahəsində də qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir. Belə hala yol verən işəgötürən isə buna görə qanunla məsuliyyət daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təqdim edilən yeni videoçarx həmin aktual mövzuya həsr edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videoçarx gender əsaslı ayrı-seçkiliyin iş həyatında da peşəkar yanaşma və müəssisə üçün səmərəli olmadığı mesajını çatdırır.