Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib VİDEO

Varşava, 30 noyabr, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Polşanın paytaxtı Varşavada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təntənəli mərasim təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə polyak dilində hazırlanmış Nizaminin seçilmiş əsərlərindən ibarət kitabın, eləcə də şairə həsr edilmiş poçt acıqcasının təqdimatı keçirilib. Mərasimdə kitabın illüstrasiyalarının müəllifi, gənc azərbaycanlı rəssam Məryəm Əsədovanın müəllifi olduğu rəsm əsərlərinin sərgisi qonaqlara təqdim olunub.

Tədbirə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Polşanın Milli Elmlər Akademiyasının prezidenti Yeji Duşinski, Polşa müsəlmanlarının müftisi Tomaş Mişkeviç, Polşa Yazıçılar İttifaqının prezidenti Anna Naşilovska, Polşa Poçtunun nümayəndələri, ölkənin ali təhsil müəssisələri və akademik cəmiyyətin rəhbər üzvləri, dövlət və ictimai xadimlər, ölkədə fəaliyyət göstərən diplomatik korpusun üzvləri, habelə Polşada yaşayan Azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova açaraq tədbirin və Nizami Gəncəviyə həsr edilmiş kitabın ərsəyə gəlməsində göstərilən dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya, Polşanın Milli Elmlər Akademiyasının prezidenti Yerji Duşinskiyə və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.

N.Qurbanova Nizami Gəncəvinin yaradıcılığından danışaraq şairin “Xəmsə”sinin, yazdığı qəzəl, qəsidə və rübailərdən ibarət ölməz əsərlərinin dünyanın əksər xarici dillərinə tərcümə edilərək sevildiyi və bu günümüzə qədər təsirini saxlandığını qeyd edib.

N.Qurbanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğunu və sözügedən ədəbi-musiqili gecənin təşkilinin dahi şairin möhtəşəm mirasının qorunmasına önəmli töhfə kimi qiymətləndirib.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək, tədbirin Frederik Şopenin və Adam Miskeviçin vətəni olan Polşada, Avropanın ən gözəl şəhərlərindən biri Varşavada keçirilməsindən məmnunluq duyduğunu vurğulayıb.

Fondun prezidenti bu ilin əlamətdar olduğunu bildirərək, bütün türk dünyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixi torpaqlarının - Qarabağın geri qaytarılmasının Zəfərini qeyd etdiyini diqqətə çatdırıb. Günay Efəndiyeva eyni zamanda, bütün türk dünyasının əsrlərin nəhəngləri - Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin və bir çox digər dahi şəxsiyyətlərin yubiley ildönümlərini qeyd etdiyini vurğulayıb.

Fondun prezidenti deyib: “880 il çox mühüm bir rəqəmdir, ancaq Nizaminin bizə qoyduğu miras hətta 880 ilin çərçivələrinə sığışmır. Nizami daima müasirdir. Onun yaradıcılığını təşkil edən dəyərlər - ümumbəşəri dəyərlərdir”.

Günay Əfəndiyeva Nizaminin yaşayıb-yaratdığı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan, şairin “Sehrkarlar diyarı” adlandırdığı Gəncə şəhəri barəsində danışaraq, onun yaradıcılığının yalnız Gəncənin deyil, bütün türk dünyasının bəşəri sərvəti olduğunu qeyd edib. Fondun prezidenti dahi şairin pəhləvi, fars, ərəb və yunan dillərində bilməsinə baxmayaraq, onun mənəvi-poetik dili türk dili olduğunu xüsusilə vurğulayıb. G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini yalnız klassik Azərbaycan ədəbiyyatına deyil, ümumtürk ədəbiyyatına böyük ehtiramın parlaq ifadəsi kimi dəyərləndirib.

Rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, eyni zamanda Fondun müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirərək, onlar arasında güclü mədəni körpü yaratmağa çalışdığını vurğulayıb.

Tədbirdə Polşanın Milli Elmlər Akademiyasının prezidenti Yerji Duşinski çıxış edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş mərasimin önəmindən danışıb.

Y.Duşinski Nizami Gəncəvinin təkcə Azərbaycanda və Şərqdə deyil, eyni zamanda Qərb dünyasında da sevildiyini və dünya ədəbiyyatına, fəlsəfi fikrinə təsirinin olduğunu qeyd edib. Y.Duşinski tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, eyni zamanda Azərbaycan xalqına öz təbriklərini çatdırıb.

Polşa Yazıçılar İttifaqının Prezidenti xanım Anna Naşilovska tədbirdə çıxış edərək, Nizami Gəncəvinin seçilmiş əsərlərindən ibarət polyak dilində nəşr edilmiş kitab barəsində danışıb. O, Nizami Gəncəvinin şeirlərinin polyak dilində ilk dəfə işıq üzü gördüyünü vurğulayaraq, kitabda əks edilmiş dahi şairin əsərlərinin Polşada seviləcəyini əminliklə qeyd edib.

Tədbirin bədii hissəsində Azərbaycan musiqi sənətini araşdıran polşalı tədqiqatçı Aneta Strzemzalska və gənc tələbə İlham Quliyevin ifalarında Nizami Gəncəvinin seçilmiş şeir parçaları polyak və Azərbaycan dillərində səsləndirilib.

Mərasim konsert proqramı ilə davam edib. Tədbirdə Avstriyada yaradıcılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı və avstriyalı sənətçilər : beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadənin, beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilovun (bariton) və aktrisa Karen Danger-Manafzadənin (soprano) ifasında Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili Canan” romansları və Nizami Gəncəvinin şeirlərinə bəstələnən digər musiqi əsərləri səsləndirilib.

Mərasimin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və şirniyyatlar paylanılıb.

Tədbir Polşanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Filippin yaxınlığında güclü zəlzələ baş verib

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb